Suriya, Rusiya və İran Ərəb Liqasını Dəməşqin nümayəndəliyini müxalifət təmsilcisinə vermək və müxalifətin Qətərin paytaxtı Doha şəhərində ilk səfirliyini açmaq qərarını tənqid edib.
Müxalifət lideri Muaz Əl-Xatib Ərəb Liqasinın zirvə görüşündə nümayəndə heyətinə başçılıq edib. Qurum Bəşər Əl-Əsədə qarşı döyüşən üsyançılara hərbi yardımı dəstəkləmənin vacibliyini dilə gətirib.
Suriyanın dövlət xəbər agentliyi bildirib ki, Liqa öz dəyərlərini Ərəb körfəzi naminə güzəştə gedib və nümayəndəliyi Suriya Milli Koalisiyasına verməklə Qərbin maraqlarına xidmət edir.