Accessibility links

Suriya İsrailin hava reydinə cavab verib


Suriyanın dövlət mediasının bildirdiyinə görə, havadan müdafiə qüvvələri İsrailin hava reydinə cavab verib. Bildirilib ki, beynəlxalq hava limanını hədəf alan reydin qarşısı alınıb.

İsrailin 6 raketindən beşinin vurulduğu bildirilib. İsrail adətən hava reydlərini gecələr keçirir. Bu dəfə hücumların gün ərzində baş tutması nadir hal kimi qiymətləndirilib.

Paytaxt sakinlərinin 5 partlayış səsi eşitməsi havadan müdafiəni təsdiq etmiş olur.

İsrail hücumları Livanın hava bazasından həyata keçirib.

İsrailin baş naziri Benyamin Netanyahu bu yaxınlarda İsrailin Suriya və İraqdakı Hizbullah hədəflərinə qarşı yüzlərlə hücum həyata keçirildiyini bildirib.

Bu arada Suriyanın şimal Afrin şəhərində avtobus partlayışı 3 nəfərin ölümünə səbəb olub.

Britaniyada yerləşən Suriyada İnsan Haqlarının Müşahidəsi qrupu hücum zamanı 9 nəfərin xəsarət aldığını deyib.

Hadisə Türkiyənin bu şəhərdə kürd döyüşçülərə qarşı hərbi əməliyyatlarının ildönümünə təsadüf edir.

Hazırda şəhər Türkiyənin dəstəklədiyi müxalif qüvvələrin nəzarəti altındadır.

XS
SM
MD
LG