Accessibility links

Hələbdəki tarixi mehmanxana partlayış nəticəsində dağılıb [Fotoqalereya]


Suriyanın qədim Hələb şəhərində partlayışlar nəticəsində tarixi mehmanxana yerlə yeksan edilib.

Fəallar və dövlət mətbuatı 150 yaşı olan Karlton mehmanxanasının dağıdılmasına görə üsyançı döyüşçülərin məsuliyyət daşıdığını deyib.

Britaniyada qərargahlanmış Suriya İnsan Haqları Müşahidə qrupu da daxil olmaqla fəallar partlayışların hökumət qoşunlarını hədəf aldığını deyib. Qurum ölənlərin sayı barədə məlumat verməyib.

Bina Hələb şəhərində qədim Qəsrin yaxınlığında yerləşirdi. BMT-nin mədəniyyət agentliyi 13-cü əsrə məxsus bu tikilini regionda hərbi arxitekturanın gözəl nümunəsi hesab edir.

YUNESKO Hələb şəhərini məhv olmaq üzrə olan tarixi regionlar siyahısına əlavə edərək, şəhərin bir çox tarixi mədəniyyət abidələrinin vətəndaş müharibəsi nəticəsində zədələndiyini deyib.
XS
SM
MD
LG