Suriyanın hökümət qüvvələri bazar ertəsi üsyançıların ən son istinadgahına yeni hərbi hücum başladıb. Bu hücum nəticəsində insanlar ölkənin Türkiyə sərhədindəki təhlükəsiz ərazilərə kütvləvi şəkildə axın etməyə başlayıb.
Suriya qoşunları hava hücumları altında İdlib vilayətində üsyançıların nəzarət etdiyi Maaret Əl-Numan şəhərinə doğru irəliləyib. Şəhər paytaxt Dəməşqlə Suriyanın ən böyük şəhəri olan Hələbi birləşdirən əsas yolun üzərində yerləşir.
Suriya prezidenti Bəşər Əsədin qüvvələrinin əsas məqsədi qiyamçıların 2012-ci ildən bəri bağladığı avtomagistralı açmaqdır.
İdlib vilayətində Əl-Qaidə militantları çoxluq təşkil edir. Bundan əlavə, orada həmçinin 3 milyon mülki vətəndaş yaşayır. Birləşmiş Millətlər Təşkilatı Türkiyə sərhədində humanitar fəlakətin baş vermək riskinin artdığına dair xəbərdarlıq edib. BMT bildirir ki, İdlibdə mülki vətəndaşların yarısından çoxu ərazidə hava hücumlarının olduğuna dair xəbərlərdən sonra ölkə daxilində öz yerlərindən didərgin düşüb.
BMT-nin baş katibi Antonio Quttereş döyüşlərin artması səbəbilə narahatlığını ifadə edib və zorakılıqların dayandırılmasına çağırıb. Bu barədə bazar ertəsi onun sözçüsü xəbər verib.
Sözçü Stefan Ducarriç deyib ki, BMT-nin vasitəçiliyi ilə əldə olunan altı saatıq humanitar fasilə 2500-dən çox insanın təhlükəsiz şəkildə ərazidən qaçmasına imkan yaradıb.
Ducarriçin sözlərinə görə, son üç gün ərzində şimal Hama, cənubda İdlib və qərbdə Hələb qubernatorluqlarında baş verən atışma 39 icmaya təsir göstərib, hava hücumlarında isə 47 icma hədəf alınıb.
"BMT bütün tərəfləri mülki vətəndaşların müdafiəsini təmin etməyə və bütün humanitar yardım qurumlarının ehtiyacı olanlara yardım etməyə imkan yaratmağa çağırırıq", BMT sözçüsü deyib.