Accessibility links

Suriyanın müxalifət birliyi dəstək əldə edib


Fransa rəsmiləri Suriya müxalifət birliyini dəstəklədiyini, lakin qrupun rəsmən tanınması üçün tez olduğunu bildirib.

Müdafiə naziri Jan İv Le Driab bu gün deyib ki, qrupun təşkili mühüm bir addım olsa da, müvəqqəti hökuməti təmsil edəcək qüvvəyə malik deyil.

Ərəb Liqası da müxalifət birliyinə dəstəyini nümayiş etdirib, Suriya xalqının təmsilçisi kimi qrupu 6 ölkə rəsmən tanıyıb.

Müxalifət nümayəndələri bazar günü Dohada Suriyanın bir sıra fraksiyalarını bir araya gətirərək birlik yaradıb.

Human Rights Watch bəyanatında müxalifət birliyinin Suriyanın rəqib qüvvələrinin insan hüquqlarına riayət etməsi üçün aydın bir mesaj olduğunu bildirib.

Bu arada, Suriyanın döyüş təyyarələri Türkiyə ilə sərhədyanı bölgələri bombardman edir. Ras Əl-Ain bölgəsində dünən 12, bu gün isə 1 adam həlak olub.
XS
SM
MD
LG