Accessibility links

Suriyada iki kamikadze hücumu nəticəsində təhlükəsizlik xidmətinin 20 üzvü həlak olub


Suriya fəallarının bildirdiyinə görə, iki kamikadze hücumu nəticəsində təhlükəsizlik xidmətinin 20 üzvü həlak olub.

Britaniyada yerlşən Suriya İnsan Haqları Müşahidəsi qrupu iki maşına yerləşdirilmiş partlayıcı qurğuların Dəraadakı hərbi bazada işə düşdüyünü bildirir. Bir çox adamın yaralandığı və ölənlərin sayının artacağı xəbər verilir.

Türkiyənin Anadolu xəbər agentliyi məlumat verib ki, dünən iki general və 11 polkovnik daxil olmaqla, təxminən 26 hərbi zabit Türkiyə tərəfə keçib.

Son günlər 11000-dən çox suriyalı ölkədə baş verən zorakılıqdan qaçıb.

Türkiyədə sığınacaq tapan suriyalı qaçqınların sayı 120 000-ə çatıb.

Zorakılıqlar nəticəsində 36 min insanın həlak olduğu təxmin edilir.
XS
SM
MD
LG