Accessibility links

Suriya prezidenti və həyat yoldaşı koronavirusa yoluxub


Prezident ofisinin bildirdiyinə görə, yüngül simptomlardan sonra Suriya Prezidenti Bəşər Əsəd və həyat yoldaşı Əsmada Covid-19 aşkar edilib.

"Covid-19-a bənzəyən yüngül simptomlar yaşadıqdan sonra Prezident Əsəd və birinci xanım Əsma Əsəd testdən keçdi və nəticədə virusa yoluxduqları aşkar edildi" - deyə, açıqlamada bildirilib.

"Onlar özlərini yaxşı hiss edir və vəziyyətləri stabildir" - deyə, açıqlamada əlavə edilib.

Açıqlamada Suriya lideri və onun 2019-cu ildə döş xərçəngindən müalicə alan həyat yoldaşının işləməyə evdən təcrid halında davam edəcəkləri bildirilib.

Ölkənin Koronavirus Məsləhət Komitəsinin üzvünün keçən həftə Reuters xəbər agentliyinə bildirdiyinə görə, Suriyada fevral ayının ortalarından bəri yoluxmalarda kəskin artım müşahidə olunub.

Ölkənin Səhiyyə Nazirliyi bir həftə əvvəl ön cəbhədəki səhiyyə işçilərini peyvənd etməyə başlayıb. Nazirlik COVID-19-a yoluxma hallarının artdığını bildirsə də, detallar barədə məlumat verməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniyanın müdafiə naziri dəstək məqsədilə Ukraynaya səfər edib
please wait

No media source currently available

0:00 0:12:00 0:00

Amerika İcmalı

Amerika İcmalı. Cimmi Karterlə vida mərasimi. Azərbaycan-İran münasibətləri.
please wait

No media source currently available

0:00 0:29:40 0:00
XS
SM
MD
LG