Accessibility links

Suriyada döyüşlər ciddi şəkildə artıb


BMT hökumət və müxalifət qüvvələrinin beynəlxalq nümayəndə Kofi Annanın sülh planına riayət edəcəkləri vədinə baxmayaraq, Suriyada döyüşlərin ciddi şəkildə artdığını bildirir.

Qurumun İnsan Hüquqları Şurasının hesabatında deyilir ki, vəziyyət təhlükəli şəkil alıb. Sənəddə hər iki tərəfin də insan haqları pozuntularına yol verdiyi, lakin hökumət qüvvələrinin zorakılıqlarının daha ciddi olduğu bildirilir.

Hesabatda deyilir ki, Hula şəhərində mayın 25-də 108 nəfərin əksəriyyətinin öldürülməsinin məsuliyyətini hökumət qüvvələri daşıyır. Lakin xarici və hökumət qüvvələrinin rolu da istisna edilmir.

İnsan Hüquqları Şurasının hesabatında deyilir ki, müxalifət uşaqlardan yük daşınması və xəbər çatdırılması məqsədi ilə istifadə edərək, onları ölüm və ya yaralanma riski qarşısında qoyur.

Suriyanın dövlət televiziyası terrorçu adlandırdığı silahlı qruplaşma tərəfindən televiziya stansiyasına hücum zamanı 7 əməkdaşın öldürüldüyünü xəbər verib.

Şənbə günü Cenevrədə Suriyadakı vəziyyətlə bağlı beynəlxalq toplantı keçirlməlidir. Rusiyanın xarici işləq naziri Sergey Lavrovun toplantıda iştirak edəcəyi gözlənilir.
XS
SM
MD
LG