Suriyada 4 günlük atəşkəs qüvvəyə minsə də, hökumət qüvvələri ilə rəqib döyüşçülər arasında qarşıdurmalar davam edir. Bu gün qarşıdurma Deir Ezzor şəhərində kilsə yaxınlığında həyata keçirilən bomba hücumundan sonra baş qaldırıb.
Suriyanın İnsan Haqlarının Müşahidəsi qrupunun bildirdiyinə görə, hadisə zamanı 5 nəfər həlak olub. Hökumət hücuma görə terrorçu qruplaşmaları günahlandırıb.
Fəallar hökumət qüvvələrinin hücumları nəticəsində dünən 150 adamın öldürüldüyünü bildirir.
Bu arada, Suriya prezidenti Bəşar Əl-Əsəd televiziya ilə nümayiş etdirilib. O, Qurban bayramı münasibəti ilə təşkil edilən cümə namazı iştirakçıları arasında görünüb.
Suriya hökuməti atəşkəsi qəbul etdiyini bildirsə də, terror hücumlarının cavabsız qalmayacağı barədə xəbərdarlıq vermişdi.