Accessibility links

ABŞ rəsmiləri: Əsədin gələcək hücum imkanlarını məhdudlaşdırmaq lazımdır


Dövlət Katibi Reks Tillerson ABŞ-ın Suriyanın hava bazasına raket hücumları həyata keçirdiyi bir vaxt Suriya liderinə qarşı ölçülər götürməyin vacib olduğunu bildirib.

“[Bəşar] Əsəd kimyəvi silahlardan istifadə etməyə davam etdiyi və buna beynəlxalq ictimayyətin cavab vermədiyi halda o, kimyəvi silahdan istifadəni adiləşdirəcək və bundan sonra digərləri də bu növ silahlardan istifadə etməyə normal baxacaq,” deyə Tillerson bildirib.

Əsəd kimyəvi silahlardan istifadə etməyə davam etdiyi və buna beynəlxalq ictimayyətin cavab vermədiyi halda o, kimyəvi silahdan istifadəni adiləşdirəcək.

Kimyəvi silahdan istifadənin beynəlxalq normaların pozulması olduğunu aydın izah etmək üçün lazımı ölçülər götürülməlidir.

Milli Təhlükəsizlik üzrə məsləhətçi H.R. Makmaster deyib ki, hava hücumları zamanı hava bazasında ABŞ rəsmilərinin sarin qazının saxlandığın ehtimal etdikləri anbarlar bilərəkdən hədəf alnmayıb.

“Əlbəttə, rejim bu kimyəvi silahların köməyi ilə hava bazasından kənarda kütləvi qətliam törədə bilər... Bu, kiçik hücum deyildi,” deyə Makmaster bildirib.

Pentaqon sözçüsü kapitan Ceff Deyvis hədəfin təyyarələr, binalar, neft və maddi texniki bazalar və sursat təchizat bunkerləri olduğunu deyib.

İlkin göstəricilər bu hücumun Şayrat hava bazasında təyyarələr, dəstək infrastrukturu və təchizatlarına ciddi ziyan vurduğunu və ya sıradan çıxardığını göstərir.

“İlkin göstəricilər bu hücumun Şayrat hava bazasında təyyarələr, dəstək infrastrukturu və təchizatlarına ciddi ziyan vurduğunu və ya sıradan çıxardığını göstərir. Bununla da bu hücum Suriya hökumətinin kimyəvi silahlar daşınması imkanlarını azaldıb,” deyə Deyvid bəyanatında bildirib.

“Biz hesab edirik ki, təkcə bu hücum kifayət qədər proporsional olub. Ona görə ki, bu hücum Suriya hökumətinin son kimyəvi hücumu həyata keçirdiyi bazanı hədəf alıb,” deyə Tillerson əlavə edib.

XS
SM
MD
LG