Suriyanın dövlət televiziyası şənbə günü bildirib ki, Dəməşqin şimal-şərqindəki Qalamun anklavdakı üsyançılar təslim olmağa və Türkiyə ilə sərhəddə yerləşən müxalifət ərazilərinə getməyə razılıq veriblər. Bu addım prezident Bəşər Əsəd üçün yeni bir qələbə hesab edilir.
Rusiya və İran tərəfindən dəstəklənən Əsəd Şərqi Qutada üsyançılar üzərində qələbədən sonra Dəməşqin yaxınlığında yerləşən və üsyançıların nəzarətində olan aklavlara geri almağa çalışır.
Şərqi Qalamun ərazisini Dəməşqdən 40 kilometr aralı yerləşir və dağlıq əraziləri əhatə edə bir neçə şəhərdən ibarətdir.
Dövlət televiziyasının verdiyi məlumata əsasən 3,200 militant və onların ailə üzvləri ərazini tərk etməyə hazırlaşır. Onlar İdlibdən Türkiyə ilə sərhəddə yerləşən və üsyançıların nəzarət etdiyi Carablus ərazisinə köçürüləcək.
Eyni zamanda Suriya ordusu və onun müttəfiqləri Dəməşqin cənubunda yerləşən digər anklavı bombardman edirlər. Dövlət televiziyası Əl-Həcər Əl-Asvad ərazisi üzərindəki dumanlı buludların görüntülərini yayıb.
Şərqi Qalamunun və Dəməşqin cənubundakı anklavın geri alınmasından sonra, üsyançıların yaxınlıqda nəzarət etdiyi bir ərazi qalır – Dəməşqin şimalindakı Homs şəhəri.
Buna baxmayaraq, Suriyanın İordaniya, İsrail, Türkiyə və İraqla sərhəddə yerləşən ərazilərin böyük hissəsi Əsədin nəzarəti altında deyil.
Əsəd əleyhinə üsyançı qrup ölkənin cənub-qərb və şimal qərb hissəsinə böyük əraziyə nəzarət edir. Birləşmiş Ştatların dəstəklədiyini Kürd döyüşçüləri isə Suriyanın şimal və şərq hissəsinə ərazilərə nəzarətə sahibdirlər.