Əl-Qaidənin Suriya qolu deyir ki, qrup diqqətini Qərb ölkələrinə qarşı hücumlara deyil, Bəşər Əl-Əsədin məğlubiyyətinə yönəldib.
Çərşənbə günü Əl-Cəzirə ilə müsahibədə Nüsrə Cəbhəsinin başçısı Əbu Məhəmməd Əl-Qolani Əsəd rejiminin tezliklə çökəcəyini deyib. O, həmçinin Suriya qüvvələrinə yardım məqsədi ilə döyüşçü göndərən Livanın yaraqlı qrupu Hizbullahı tənqid edib və deyib ki, yaraqlılar Əsədə qoşulmaqla “talelərini müəyyən edib.”
O, prezidentin mənsub olduğu azlıq məzhəbi olan Suriya Nüseyrilərinə xəbərdarlıq edib ki, onlar dinlərindən imtina etməli və təhlükəsizlikləri naminə Bəşər Əl-Əsəddən üz döndərməlidirlər.
Əl-Qolani Xosaran qrupunun da varlığını rədd edərək bildirib ki, Nüsrə Cəbəsinin tərkib hissəsi olduğunu iddia edən bu qrup ABŞ-ın uydurmasıdır.
ABŞ Müdafiə Nazirliyi Xosaran qrupunun Qərbə qarşı hücumlar təşkil etdiyini və Suriyada ABŞ-ın başçılıq etdiyi koalisiyanın hava hücümlarının bəzisi qrupun üzvlərini hədəf alıb.