Accessibility links

Avropa İttifaqının xarici işlər nazirləri Brüsseldə Suriya münaqişəsinin həlli yollarını müzakirə edir


Avropa İttifaqının xarici işlər nazirləri Brüsseldə 70 min insan həyatı bahasına başa gələn Suriya münaqişəsinin həlli yollarını müzakirə edir. Nazirlər Suriya müxalifətinə hansı yollarla dəstək verilməsi məsələsini gündəmə gətirib.

Qurumun xarici siaysət şöbəsinin rəhbəri Katrin Aşton yola düşməzdən əvvə böhranın siyasi anlaşma yolu ilə həllinin tərəfdarı olduğunu deyib. O, Suriya prezidenti Bəşar Əl-Əsədi bir daha istefaya çağıraraq, onun siyasətinin dağıdıcı təsirlərinin göz qabağında olduğunu bildirib.

Görüşdə BMT-nin sülh elçisi Laxdar Brahimi də iştirak edir.
Suriyanın Milli Şurası yeni hökumətin təşkili ilə bağlı şura üzvləri arasında firkir ayrılığı olduğunu bildirib. Şuranın sözçüsü yeni baş nazirin təyinatının martın 20-də baş tutacağını deyib.
Bu arada BMT-nin İnsan Hüquqları Şurası Suriyada vəziyyətin getdikcə ağırlaşdığını və həm hökumət, həm də rəqib döyüşçülərin müharibə cinayətləri törətdiklərini bəyan edib.
XS
SM
MD
LG