Accessibility links

Sunna Evarsdottir: Biz müvəffəq olduq


Sunna Evarsdottir: Biz müvəffəq olduq
please wait

No media source currently available

0:00 0:06:03 0:00

Avropa Şurası Parlament Assambleyası yanvarın 30-da “Azərbaycanda siyasi məhbuslarla bağlı məlumatlar haqqında iş” üzrə qətnaməni qəbul etdi.

Qətnamə layihəsi AŞPA-nın Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi, islandiyalı deputat Torhildur Sunna Evarsdottirin hesabatı əsasında hazırlanıb.

Sunna Evarsdottir Amerikanın Səsinə verdiyi müsahibədə qətnamənin qəbul edilməsi ilə bağlı keçirdiyi hissləri, qətnamənin Azərbaycanı üçün əhəmiyyəti, Azərbaycan nümayəndə heyətinin qətnamənin qəbul edilməsinə reaksiyasından bəhs edib.

Amerikanın Səsi: Avropa Şurası Parlament Assambleyası Sizin hazırladığınız “Azərbaycanda siyasi məhbuslarla bağlı məlumatlar haqqında iş” üzrə qətnaməni qəbul etdi. Siz hansı hisslər keçirirsiniz?

Sunna Evarsdottir: Mən qətnamə qəbul edildiyinə görə rahatlandım. Mən buna çox sevinirəm. Səsvermə gərgin keçdi. Mən şadam ki, biz qətnamənin qəbul olunması üçün lazım olan çoxluğu əldə etdik. Mən həmçinin şadam ki, biz 2013-cü ildəki səsvermənin nəticələrindən sonra assambleyanı xilas edə bildik. Sonradan məlum olduğu kimi, həmin səsvermənin nəticələri ədalətsiz və korrupsiyalaşmışdı.

Məncə, Azərbaycanda siyasi məsələlərlə bağlı 20 ildir davam edən debatdan sonra bu cür irəliləyiş əldə etməyimiz çox mühümdür.
Sunna Evarsdottir

Fikrimcə, assambleya artıq məsələ ilə bağlı lazımı mövqeyə sahibdir və mən çox şadam ki, biz bunu etməyə müvəffəq olduq. Məncə, Azərbaycanda siyasi məsələlərlə bağlı 20 ildir davam edən debatdan sonra bu cür irəliləyiş əldə etməyimiz çox mühümdür.

Amerikanın Səsi: Bu hesabatın və qətnamənin Azərbaycan üçün hansı əhəmiyyəti var?

Sunna Evarsdottir: Hesabatda açıq bildirilir ki, Azərbaycanda problem var. Bu da siyasi məhbus problemidir. İnsanları siyasi fəaliyyətinə, cəmiyyətdəki fəallığına və cəmiyətin necə idarə olunmalı olduğu ilə bağlı fikrilərinə görə həbs etmək ciddi məsələdir. Demokratik cəmiyyətlərin mahiyyəti elə ondan ibarətdir ki, insanların azad fikirləri olur - onlar müxtəlif və hökümətdən fərqli olur. Ona görə də, məncə assambleya siyasi məhbus probleminin olduğuna, bunun qəbuledilməz olduğuna və bu problemin həll edilməsi üçün nələrinsə edilməli olduğuna dair açıq mesaj göndərməlidir. Fikrimcə biz bü gün bununla bağlı açıq mesaj göndərdik. Bu, assambleyanın Azərbaycan hökümətinə məsələni həll etməsi üçün təzyiq göstərmək vasitəsidir.

Səməd Seyidov: Biz bu məruzəni bu şəkildə qəbul edə bilmərik
please wait

No media source currently available

0:00 0:04:56 0:00

Bundan əlavə biz həmçinin bu qərarların həyata keçirilməli olduğunu deməklə məhkəmə ədliyyəsini dəstəklədik və gücləndirdik. Bu qərarlardakı faktlar bizim siyasi məhbus anlayışımızla üst-üstə düşür. Bu isə o deməkdir ki, biz vahid bir şəkildə orada problemin mövcud olduğunu və bu problemin həll olunmalı olduğunu deyirik. Məncə bu həm də Azərbaycan hökümətinə problemi Avropa Şurası ilə əməkdaşlıq edərək həll etməsi üçün təzyiq göstərir.

Amerikanın Səsi: Azərbaycan nümayəndə heyətinin reaksiyası nə idi. Onların yanaşması necə oldu?

Sunna Evarsdottir: Onların yanaşması bu gün məni məyus etdi, çünki hesabat komitədə yekdillikdə qəbul edilmişdi – habelə Azərbaycan nümayəndə heyətinin rəhbərinin səsi ilə. O həmin zaman mənim hesabatımı təriflədi və onun peşəkar şəkildə hazırlandığını söylədi. O dedi ki, hesabatın nəticələri sərtdir, amma o qəbul edilməlidir və biz birlikdə işləyəcəyik. Amma daha sonra o fikrini dəyişdi, çünki mən İlqar Məmmədovun fevralın 9-da keçiriləcək seçkidə iştirak etməsinə icazə verilmədiyini və bunun hökümətin qeyri-demokratik olduğunu göstərdiyini dedim.

Məncə məsələnin məğzi də elə budur.

Bu, onların məsələni, yəni insanları söylədiklərinə görə həbs etməməli olduqlarını anlamadıqlarını göstərir. İnsanlar fikirlərini söylədiklərinə görə cəzalandırılmamalıdırlar. Mənim o zaman söylədiklərim hesabatın məğzini dəyişmir. Hesabat Hüquqi Məsələlər Komitəsi tərəfindən qəbul edilib və bu, məyusedici idi.

Asim Mollazadə: Azərbaycana qarşı informasiya müharibəsi aparırlar
please wait

No media source currently available

0:00 0:01:26 0:00

Amma məncə bu həm də problemin nə olduğunu göstərir. Problem isə odur ki, onlar insanları fikirlərini dilə gətirdikləri üçün təqib edir.

Amerikanın Səsi: Qətnamə qəbul edilib və siz bir il daha Azərbaycan rəsmilərinin qətnaməyə cavablarını müşahidə edəc'ksiniz. Sizin bu bir il ərzindəki planlarınız nələrdir?

Sunna Evarsdottir: Məncə addım-addım irəliləyəcəm. Hələ ki, mən qətnamə qəbul edildiyinə görə şadam. Və düzdür ki, bir il məsələni təqib edəcəyəm. Mən Azərbaycandakı hadisələri yaxından izləyəcəyəm. Bunun üçün orada mənə yardım edəcək çox sayda insan var. Mən onların mənə məlumatları əldə etmək üçün göstərdikləri yardım və dəstəyə görə minnətdaram. Əlbəttə ki, Avropa Şurası və katiblik də mənim arxamda durur.

Məhkəmənin qərarlarında açıq qeyd edilib ki, onlar hüquqşünaslar, QHT-lər, jurnalistlər, siyasi rəqibləri bu cür təqiblərdən qorumaq üçün açıq struktur islahatları etməlidirlər.
Sunna Evarsdottir


Mən gələcəkdə hansı addımları atacağımı proqnozlaşdıra bilmərəm. Məncə bunlar ölkədə baş verən hadisələrdən asılı olacaq. Təbii ki, Nazirlər Komitəsi bunda rol oynayacaq. Biz onlarınAzərbaycan rəsmiləri ilə əlaqələrini yaxından izləyirik, xüsusilə də mənim hesabatda vurğuladığım bu qərarların yerinə yeitirlməsi ilə bağlı məsələrdə.

Məncə bizim Azərbaycanın məhkəmənin qərarlarını həyata keçirib-keçirmədiyini izləməliyik. Məhkəmənin qərarlarında açıq qeyd edilib ki, onlar hüquqşünaslar, QHT-lər, jurnalistlər, siyasi rəqibləri bu cür təqiblərdən qorumaq üçün açıq struktur islahatları etməlidirlər. Yəni onların nə etməli olduqları açıq-aydındır.

Biz həmçinin onların siyahıdakı insanların hansılarının siyasi məhbus olduğunu müəyyən etmək üçün müstəqil qurum yaratmalarını və həmin siyasi məhbusları azadlığa buraxmalarını tövsiyə etmişik. Məncə bu, hesabatın mühüm hissəsidir. Biz onların bu qurumu yaradıb-yaratmayacaqlarını izləyəcəyik. Məncə, bizim irəli sürdüyümüz tövsiyə həyatidir. Zənnimcə, Azərbaycan höküməti bu tövsiyələrə əməl etsə, xoş niyyət sərgiləmiş olacaq.

XS
SM
MD
LG