Ekoloji cəhətdən təmiz enerjili gələcəyə ən böyük əngəl enerjini tutub saxlamaq çətinliyidir. Günəş panelləri, külək turbinləri, okean dalğaları və digər mənbələrin yaratdığı enerjinin çox kiçik hissəsi toplanıb saxlana bilir, çünki hazırda mövcud olan batareyalar çox səmərəli deyil. Bu səbəbdən də, bir neçə ABŞ və Çin universitetlərindən bir qrup tədqiqatçı deyir ki, biz təbiəti yamsılamağa çalışmalıyıq.
Biz bu reaksiyanı edə bilən ən yaxşı katalizatorlardan birini kəşf etmişik. Biz sudan elektrodları çıxarmağı asanlaşdırırıq və bu prosesdə oksigen yaradırıq. Elektronlar isə suyu azaldıb, hidrogen əldə etmək və ya karbon dioksidi azaltmaq üçün istifadə oluna bilər.Dunvei Vanq
Çirkləndiricilən buraxmayan ekoloji cəhətdən təmiz enerji mənbələrinin hər birinin müəyyən çatışmazlıqları var. Külək turbinləri yalnız külək olduğunda, günəş batareyaları isə günəş işıq saçanda işləyir. Ən yaxşıları və ən bahalıları isə sadəcə 20 faiz səmərəlidir.
Boston Kollecinin professoru Dunvei Vanq deyir ki, bununla yanaşı, enerjini uzun müddət tutub-saxlaya bilməmək problemi də var.
“Bunu etməyin bir yolu var. Bu da günəş panelini batareya ilə calamaqdır. Amma bizim bir ölkəni və ya bütün bir planeti enerji ilə təmin etmək üçün kifayət qədər batareya matrialımız yoxdur,” deyə o bildirir.
Təbiəti isə öz günəş batareyaları və enerjini saxlamaq yolu var. Hər bir bitkinin yarpağı fotosintez yolu ilə günəşdən enerjini alıb, günəş yanacağı adlanan kimyəvi enerjiyə çevirib, onu ya dərhal istifadə edir ya da daha sonra istifadə etmək üçün saxlayır.
Bu proses bizim enerjidən bu qədər asılı dünyamız üçün çox ləngdir.
Amma professor Vanq deyir ki, yeni katalizator süni fotosintezi sürətləndirə və günəşin enerjisindən daha səmərəli istifadə edərək suyu oksigen və hidrogenə ayıra bilər. Hidrogen isə daha sonra enerji istehsal etmək üçün yanacaq hüceyrələrində istifadə oluna bilər.
“Biz bu reaksiyanı edə bilən ən yaxşı katalizatorlardan birini kəşf etmişik. Biz sudan elektrodları çıxarmağı asanlaşdırırıq və bu prosesdə oksigen yaradırıq. Elektronlar isə suyu azaldıb, hidrogen əldə etmək və ya karbon dioksidi azaltmaq üçün istifadə oluna bilər,” Vanq söyləyir.
Bununla bağlı əlavə tədqiqat aparılmalıdır, amma alimlər ümid edir ki, yeni katalizator sənayedə istifadə oluna və bizim qalıq yanacaqlardan asılılığımızı azaltmaq səylərinə töhvə verə bilər.