Accessibility links

Sunami dalğaları ABŞ-ın Oreqon ştatına yaxınlaşıb (Yenilənib)


Sunami dalğaları ABŞ-ın Oreqon ştatına yaxınlaşıb (Yenilənib)
Sunami dalğaları ABŞ-ın Oreqon ştatına yaxınlaşıb (Yenilənib)

Sunami dalğaları ABŞ-ın Sakit okeanı ştatı Havay adalarına yaxınlığından keçərək, Oreqon ştatının sahillərinə çatıb. Fövqəladə hallar üzrə rəsmilər Oreqon və Kaliforniya ştatının sahil ərazilərində evakuasiyaya göstəriş verib. Yaponiyada baş verən şiddətli zəlzələnin bölgədə yaratdığı sunami təhlükəsi daşqınlara səbəb ola bilər. Ağ Evin icra aparatının rəhbəri Bill Deley Havaydakı sunaminin təsirinin güclü olmaycağını bildirib. Havay sakinlərinə əvvəlcədən xəbərdarlıq verildiyinə görə, sahil ərazilərdən insanlar evakuasiya edilmişdi. Sunami Xəbərdarlıq Mərkəzi Meksika, Mərkəzi və Cənubi Amerikada sunami xəbərdarlığı yayıb. Amerikanın Alyaska və Vaşinqton ştatlarında da sunami xəbərdarlığı qüvvədədir.

XS
SM
MD
LG