Gecə saatlarında Sumqayıt şəhərində Karvan Ticarət Mərkəzində baş verən yanğın zamanı bir nəfər ölüb, 6 nəfərin həyatı xilas edilib.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatına görə ümumi sahəsi 10 000 kv.m olan 4 mərtəbəli ticarət mərkəzinin 1-ci mərtəbəsinin yanar konstruksiyaları 600 kv.m sahədə və içərisində olan satış malları yanıb. Yanğın zamanı İlqar Əliyev adlı şəxs ölüb. Binanın yuxarı mərtəbələrində qalan 6 nəfər yanğınsöndürən-xilasedicilər tərəfindən xilas olunub.