Accessibility links

Türk fəal Süheyla Kargər 5 il həbsə məhkum edilib


İnqilab Məhkəməsi “ölkənin ümumi təhlükəsizliyini pozmaq məqsədi ilə qrupa üzv olmaq” ittihamı ilə Qəzvində yaşayan türk fəal Süheyla Kargəri 5 il həbs cəzasına məhkum edib.

Bu haqda Güney Azərbaycan Televiziyası (Günaz TV) və HRA agentliyi məlumat yayıblar.

Süheyla Kargər 2016-cı ilin may ayında İranın təhlükəsizlik qurumu tərəfindən Qəzvində nəzarət altına alınıb və bir müddət Tehranın Evin həbsxanasında saxlanıldıqdan sonra zəmanət qarşılığında müvəqqəti azadlığa buraxılmışdı.

Qəzvin İnqilab Məhkəməsinin hakimi Şuca Zövqinin imzaladığı və Amerikanın Səsinin surətini əldə etdiyi məhkəmə sənədində türk fəalın sosial şəbəkələrdə “sözdə Güney Azərbaycanın ərazisini genişlətmək məqsədi ilə” Qəzvin vilayətində yaşayan türklər arasında “separatçı” və “pantürkist” fəaliyyətlər yürütdüyü irəli sürülüb.

Günaz TV-nin məlumatına görə, xanım Kargər Telegram sosial şəbəkəsində təsis və idarə etdiyi “Göy Qurşağı” adlı kanalda İranda türk toplumu və Azərbaycan məsələlərini müzakirəyə qoyub.

Məhkəmə sənədi
Məhkəmə sənədi

Süheyla Kargər 2016-cı ildə keçirilən İranın 10-cu dövr parlament seçkilərində Qəzvin seçki dairəsindən namizədliyini irəli sürmüş, amma seçki komissiyası tərəfindən diskvalifikasiya edilmişdi.

XS
SM
MD
LG