Accessibility links

Sudanda ağır döyüşlər fonunda tərəflər arasında danışıqlar davam edəcək


Xartum. 28 aprel, 2023.
Xartum. 28 aprel, 2023.

Yüksək səviyyəli Səudiyyə Ərəbistanı diplomatının bildirdiyinə görə, Sudanda döyüşən ordu ilə Çevik Dəstək Qüvvələri adlı yarı-hərbi dəstə bazar günü danışıqları bərpa edəcək. Bu arada isə mülki vətəndaşları qorumaq üçün əldə olunan razılığa baxmayaraq, gecə boyu Xartum ətrafında hava hücumları olub, ağır döyüşlər gedib.

Diplomat bildirib ki, atəşkəs razılığını əldə etmək məqsədilə aparılan danışıqlara ev sahibliyi edən Səudiyyə Ərəbistanı cümə günü Ciddədə Ərəb Liqası sammitinə həmçinin ordunun başçısı Abdel Fəttah Əl-Burhanı da dəvət edib.

Bir ay əvvəl qəfil başlayan münaqişə yüzlərlə insanın ölümünə, 200,000-dən çox insanın qonşu dövlətlərə göndərilməsinə, daha 700,000-dən çox insanın ölkə daxilində didərgin düşməsinə və xarici güclərin cəlb olunması və regionda sabitliyin pozulması riski ilə nəticələnib.

Fars körfəzinə başqa iki diplomatın dediyinə görə, Burhanın Ciddə sammitinə dəvət edilməsinə baxmayaraq, onun təhlükəsizlik səbəbilə Sudanı tərk edəcəyi gözlənilmir.

Səudiyyəli diplomat deyib ki, Burhan münaqişə başlamadan öncə mülki hakimiyyətə planlaşdırılan keçidə nəzarət etməsi nəzərdə tutulan Sudan Suveren Şurasının başçısı olduğu üçün sammitə dəvət olunub. Onun rəqibi, Çevik Dəstək Qüvvələrinin başçısı Hemedti adı ilə tanınan Məhəmməd Həmdan Daqalo şuranın sədr müavinidir.

“Biz hələ ki, nümayəndə heyətinin adlarını almamışıq, ancaq Sudanın sammitdə təmsil olunacağını gözləyirik,” Səudiyyə diplomatı bildirib.

Tərəflər cümə axşamı mülki vətəndaşları qorumaq və humanitar çıxışa imkan vermək üçün “prinsiplər bəyannaməsi” üzərinə razılığa gəliblər, ancaq döyüşlərdə azalma olmayıb və Xartum və ətraf ərazilərdə toqquşmalar və hücumlar davam edib.

Ciddədə davam edəcək danışıqlara tərəflər cümə axşamı əldə olunan razılığı həyata keçirmək, o cümlədən yardımın çatdırılması, təhlükəsiz dəhlizlərin təmin edilməsi və qüvvələrin yaşayış ərazilərindən çıxarılması mexanizmlərini müzakirə etməklə başlayacaq.

Bundan sonra danışıqlarda münaqişəyə son qoymağın və mülki hökumət üçün zəmin yaratmağın yolları müzakirə olunacaq. “Münaqişənin xarakteri dialoqa təsir göstərir. Ancaq mən hər iki tərəfi yaşı əhvalda gördüm,” səudiyyəli diplomat deyib.

Heç bir tərəf ictimai şəkildə güzəştə getməyə hazır olduğuna işarə etməyib əvvəlki atəşkəslərə baxmayaraq döyüşləri davam etdiriblər. Çevik Dəstək Qüvvələri cümə axşamı əldə olunan razılığa riayət etməyə söz versə də, ordu hələ ki, onunla bağlı şərh verməyib

XS
SM
MD
LG