Sudanda döyüşən iki fraksiya şənbə günü yerli vaxtla səhər saat 6-da atəşkəs əldə edib.
24 saatlıq sövdələşmənin bitməmiş dağılacağına dair narahatlıqlar var, çünki bundan öncə də bir sıra digər atəşkəslər də uğursuzluğa düçar olub.
ABŞ və Səudiyyə Ərəbistananıdan vasitəçiləri xəbərdarlıq edib ki, şənbə günü əldə olunan atəşkəs pozulsa, onlar vasitəçilik səylərini dayandıra bilər.
“Bir günlük atəşkəs bizim istədiyimizdən çox azdır,” Şimal Xartumun sakini Mahmud Bəşir Agence France-Presse-ə bildirib. “Biz bu lənətə gəlmiş müharibənin bitməsini səbirsizliklə gözləyirik.”
24 saat davam edəcək bu razılıq humanitar yardıma imkan yaradır.
Döyüşlər aprel ayının ortalarında Xartum və ətrafında iki rəqib general – Sudan ordusundan Abdel Fəttah Əl-Burhan və Burhanın keçmiş müavini, Çevik Dəstək Qüvvələri adlı yarı-hərbi dəstəyə başçılıq edən Məhəmməd Həmdan Daqlo arasında başlayıb. Daha sonra döyüşlər başqa ərazilərə də yayılıb.
Döyüşlərdə 2000-ə yaxın insan ölüb, təxminən 2 milyon insan didərgin düşüb.