Accessibility links

Lactalis şirkətinin körpələr üçün qida məhsullarında bakteriya aşkarlanıb


Fransa dövləti Lactalis şirkəti tərəfindən hazırlanan bir neçə növ körpə südü və qidası məhsullarını beynəlxalq səviyyədə geri çağırılmasına qərar verib. Buna səbəb şirkət məhsullarında südmonella bakteriyalarının aşkarlanması olub.

Ölkənin İqtisadiyyat Nazirliyi şirkətə bu ilin fevral ayından bəri Kraon fabrikinində istehsal olunan körpələr üçün qida məhsullarının ixracını dayandırmağa əmr edib.

Şirkətin məhsulları dünya bazarında Milumel, Picot və Celi də daxil olmaqla bir neçə marka adı ilə satışa çıxarılır.

Fransada dekabrın əvvəlində 20-dən çox altı aylıq yaşa qədər olan uşaqlarda "salmonella agona" infeksiya halları müşahidə olunub.

Keçən həftə buna bənzər daha beş hadisə qeydə alınıb.

Fransanın istehlakçı hüquqlarının qorunması agentliyi bildirib ki, xəstəliklər ilk dəfə ortaya çıxdıqdan sonra Lactalis şirkəti bakteriyanın yayılmasının qarşısını almaq üçün heç bir şey etməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Alatava sakinləri evlərinin icazəsiz sökülməsinə etiraz edir
please wait

No media source currently available

0:00 0:14:11 0:00
XS
SM
MD
LG