Accessibility links

Su Pəriləri Vaşinqtonda


Su Pəriləri Vaşinqtonda
please wait

No media source currently available

0:00 0:02:19 0:00

Su Pəriləri Vaşinqtonda

Bütün dünyanın su pəriləri ABŞ-ın paytaxtı Vaşinqtonun yaxınlığında keçirilən MerMagic Con su pərisi festivalına toplaşıb. Burada onlar bir-birləri ilə öz qeyri-adi maraqlarını bölüşür.

Su pəriləri, tritonlar və nimfalar…

Amerikanın hər yerindən və dünyadan olan 300-dən çox su dostları Virciniya ştatının Manassas şəhərində keçirilən su pərilərinin toplantısına gəlib.

“Həqiqətən də bu qədər su pərisini bir yerdə toplamaq çox nadir haldır. Adətən biz yalnız fərdi olaraq özümüz görüşürük, buna görə də burada bu qədər çox insanı görmək çox sevindiricidir”, su pərisi Cessika deyir.

MerMagic Con-un təşkilatçıları bunun ilk beynəlxalq su pəriləri tədbiri olduğunu deyir.

Görüş insanlara öz maraqları və hvəsləri ilə bölüşmək imkanı verir.

“Sərbəst suya dalmaq, silikon heykəltaraşlıq və öz su pərisi aksessuarları hazırlamaq kimi müxtəlif dərslərimiz var. Burada çox sayda silikon və parçadan hazırlanmış quyruqları görə bilərsiniz. Bura bir sözlə, istədiyin növ su pərisi olmağı öyrənmək üçün ideal yerdir”, MerMagic Con-un ortaq sahibi Seanna Akerman deyir.

Digərləri isə bu qeyri-adi tədbirə məşq zamanı əylənmək üçün qatılır.

Morqana Alba uzun illər sirkdə qimnast işlədikdən sonra "su pərisi" olub.

İndi o bu hərəkətləri suyun altında edir və Circus Siren Pod şirkətinin rəhbəridir.

“Hamımız su pəriləri ilə böyümüşük, bu, uzun zaman bizim mədəniyyətimizin bir hissəsidir. Su pəriləri həqiqətən hər kəs üçündür, qara qəlbli bir sirena və ya şən Disney su pərisi olmaq istıyirsinizsə, bir əfsanə var və orada siz də varsınız”, Morqana Alba deyir.

Bu toplantıda müxtəlif bədən quruluşunda, yaşda, çəkidə və cinsdə su pərisi görmək olar.

Şey Monik Kök Su Pəriləri təşkilatını təmsil edir. Məqsəd pozitiv bədən formasını təbliğ etməkdir.

"Gördüyünüz su pərilərin əksəriyyəti eynidir. Arıq və uzun saçlı. Bu cür biz müxtəlif irqdən, müxtəlif saçlarla və müxtəlif bədən quruluşuna malik su pərilərinin ola biləcəklərini və bunu edə biləcəklərini göstərmək istəyirik”, su pərisi Şey Monik deyir.

Digərləri üçün bu görüş ətraf mühit məsələlərinə diqqəti cəlb etməyə kömək edir.

"Mən son bir neçə il ərzində okeanın turşuluğunun artması və iqlim dəyişikliyi səbəbindən mərcanların kütləvi şəkildə rənglərini itməsi barədə məlumatlandırmanı artırıram”, su pərisi Kristian deyir.

Su pərisi olmaq əyləncəli, lakin ucuz deyil. Bir silikon su pərisi quyruğu 5-7 min dollara başa gələ bilər. Bəzi su pəriləri quyruğlarını icarəyə verərək, su pərisi sevdasını paylaşa bilərlər.

XS
SM
MD
LG