Accessibility links

Valyuta Fondunun sabiq rəhbəri barədə məhkəmə qərarı bu gün elan edilə bilər


Bu gün 2011-ci ildə mehmanxana xadiməsi tərəfindən seksual təcavüzdə ittiham edilən sabiq Beynəlxalq Valyuta Fondunun rəhbəri Dominik Ştrauss-Kahn barədə məhkəmə qərarı elan edilə bilər.

Ştrauss-Kahnın vəkili və onu ittiham edən Nafissato Diallo hökm barədə danışıqlarda iştirak etmək üçün bu gün Nyu-York şəhər məhkəməsinə gəlib. Straus-Kahnın özünün məhkəmədə iştirakı gözlənilmir.

Fransa iqtisadiyyatçısı və siyasətçisi 2011-ci ilin may ayında Diallo onun Nyu-York mehmanxana lüks nömrə otağını təmizləyərkən Dialloya qarşı seksual təcavüz etdikdən sonra həbs edilib.

Prokurorlar sonradan Diallonun inandırıcı şahid olmadığını hesab edərək Ştrauss-Kahna qarşı ittihamları geri götürüblər. Qalmaqal Ştrauss Kahnı Beynəlxalq Valyuta Fondundakı vəzifəsindən istefa verməyə vadar edib və onun Fransanın prezidenti vəzifəsinə potensial namizədlik şanslarına ağır zərbə endirib.

Sabiq BFV lideri eyni zamanda Fransada zəngin kişilərlə əxlaqsız qadınlar üçün məclislər hazırlamaqda ittiham edilir. Bu ayın sonunda məhkəmə məsələ ilə bağlı qərar çıxaracaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG