NATO-nun baş katibi Yens Stoltenberq alyansın Rusiyanın çoxsaylı raketlərinə görə, sülhə hazır olmasının vacibliyini vurğulayıb.
Biz daha bir silah yarışı istəmirik
Bəyanat BMT-nin qlobal silahlanmanın nəzarətdən çıxıdığını bildirməsindən sonra səslənib.
"NATO daha bir soyuq müharibə istəmir. Biz daha bir silah yarışı istəmirik və Rusiyanı ortamənzilli nüvə raketlərinin məhvi razılığına qayıtmağa çağırırıq" - deyə, NATO rəhbəri bildirib.
Bolqarıstanda danışan Stoltenberq deyib ki, biz eyni zamanda sülhə də hazır olmalıyıq.
ABŞ Rusiyanın 9М729 raketlərinin inkişafından sonra raket sazişindən çıxmaq prosesinə başlayıb. NATO raketləri razılığın şərtlərinə zidd adlndırıb.
Bunun cavabında Rusiya 1987-ci ild' imzalanan sazişdən çıxışını bəyan edib. Sənəd 500-lə 5500 kilometrlik məsafəni qət edən raketlərin likvidasiyasını nəzərdə tutur.
Rusiyanın xarici işlər naziri Sergey Ryabkov müxbirlərə deyib ki, ABŞ-ın razılıqdan geri çəkilməsi “beynəlxalq silahlara nəzarət sisteminə və kütləvi qırğın silahlarının yayılmaması sisteminə böyük zərbədir”.
NATO müttəfiqlərin ABŞ-ın razılıqdan geri çəkilməsini “tamamilə dəstəklədiyi” və Rusiyanın razılığı pozduğunu bildirir. Alyans Rusiya ilə “konstruktiv münasibət qurmaq istədiyini” də vurğulayır.
Son böhranın Avropda yeni silah yarışına səbəb olacağına dair narahtlıqlar mövcuddur.