Accessibility links

Stokholmda İranda həbs edilən azərbaycanlılara dəstək aksiyası keçirilib


Stokholmda İranda həbs edilən azərbaycanlılara dəstək aksiyası keçirilib
Stokholmda İranda həbs edilən azərbaycanlılara dəstək aksiyası keçirilib

Toplanan imzalar BMT baş katibi Pan Gi Muna, BMT İnsan Hüquqları Şurasının İran üzrə nümayəndəsi Əhməd Şəhidə və “Amnesty İnternational” təşkilatına göndəriləcək.

Azərbaycan Federasiyası İsveç (AFİ) İranda tutulan azərbaycanlı fəallara dəstək aksiyası imza kampaniyası keçirib. Stokholmda keçirilən aksiya barədə məlumatda deyilir: “İran rejimi türklərə qarşı apardığı çirkin siyasəti davam etdirir, Güney Azərbaycan fəallarını ağır basqılara məruz qoyur. Həbslər, təhdidlər, qamçılamalar və insanlıqdan kənar işgəncələr bunlara açıq sübutdur. İran rejiminin bu sistematik qeyri-insani siyasətlərini qınayır və bu əməlləri dünya ictimaiyyətinə çatdırmağı özümüzə borc bilirik”.

“Media forum” saytının məlumatına görə, imza kampaniyası iyulun 2-də Stokholmun mərkəzi meydanı Sergel Torgda keçirilib. Həm güneyli, həm də quzeyli azərbaycanlıların iştirak etdiyi aksiyada isveçlilər və turistlər bilgiləndirilib və onlardan imza alınıb. AFİ toplanan imzaları BMT baş katibi Pan Gi Muna, BMT İnsan Hüquqları Şurasının İran üzrə nümayəndəsi Əhməd Şəhidə və “Amnesty İnternational” təşkilatına göndərəcək.

XS
SM
MD
LG