Ağ Evin keçmiş strateqi Stiv Bannon artıq mühzafizəkar Breitbart Xəbər Şəbəkəsinə başçılıq etmir.
Bannon onun müəllif Maykl Uolfun yeni dərc etdiyi "Alov və Qəzəb" (Fire and Fury) kitabında prezident Tramp və ailəsi ilə bağlı etdiyi şərhlərə görə yaranan səs-küydən sonra vəzifəsindən istefa verib.
Uolf kitabında yazıb ki, Bannon prezidentin oğlu Donald Tramp və kürəkəni Cared Kuşner ilə rusiyalılar arasında 2016-ci ildə baş tutan görüşü "xəyanətkar" və "qeyri-vətənpərvər" adlandırıb.
ABŞ Senatı, Nümayəndələr Palatası və xüsusi prokuror Rusiyanın prezident seçkisinə mümkün müdaxiləsini araşdırır. Həm Kreml, həm Tramp bu ittihamları rədd edir.
Prezident və onun komandası Bannonu "vəfasız" və "rüsvayçı" adlandırıb.
Bir neçə gün səssiz qaldıqdan sonra Bannon bazar günü prezidentə dəstəyini bildirib və Trampın böyük oğlunu tərifləyib.