Accessibility links

Angioplastik proseduru üçün yeni stentlər


Qan damarlarını stentlərlə açıq saxlamaq üçün istifadə edilən prosedur angioplastik prosedur adlanır. Stentlərin bəziləri damarları dərmanla təmin edir. Onların dərmansızlarla müqayisədə daha effiktiv olduğu düşünülürdü. Lakin ilkin araşdırmalardan məlum olmuşdu ki, dərmanlı stentlər infark riskini artırır.

İndi isə dərmanlı stentlərin yeniləri buraxılıb. Stentlər yalnız adi metaldan və ya dərmanlı olur. İsveçrənin Bern universitetinin tədqiqatlarına doktor Stefan Vindeker rəhbərlik edib. O, dərmanlı yeni stentlərin adi stentlərlə müqayisəsini aparıb.
“Dərman daşıyan stentlərin damarlarda təxaclar yaratdığına dair narahatlıqlar var idi.”

Alimlər 1000 ürək xəstəsi üzərində araşdırma aparıb. Onların yarısının damarına yenicə istehsal edilən dərmanlı stentlər yerləşdirilib. Bir il sonra alimlər dərmanlı stentlər yerləşdirilən xəstələrin daha az ürək problemləri ilə üzləşdiyini aşkar edib.
Adi metal stentlərlə müqayisədə polimer infarkt riskini 50 faiz azaldır.

Doktor Vindekerin dediyinə görə, yeni stentlərin buraxıdığı dərmanlar əvvəlkilərlə müqayisədə daha tez həll olub.

Angioplastik stentləri
please wait

No media source currently available

0:00 0:02:19 0:00
XS
SM
MD
LG