Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası öz işini başa vurub. ABŞ Prezidenti konfransın yekunu ilə bağlı bəyanat yayıb.
“2015-ci ildə dünya iqlim böhranını həll etmək və planeti gələcək nəsillər üçün qorumaq üçün dünyanın demək olar ki, hər bir ölkəsinin üzərinə götürdüyü tarixi öhdəlik olan Paris Sazişini yekunlaşdırmaq üçün bir araya gəlmişdi. Vəzifədə olduğum ilk gündə mən ABŞ-ı bu razılaşmaya qaytarmaq, Amerikanın qlobal iqlim liderliyini bərpa etmək və beynəlxalq iqlim ambisiyalarına yenidən söz vermək üçün hərəkətə keçdim”, Co Bayden bildirib.
Prezident qeyd edib ki, ölkəyə rəhbərlik etməyə başladığı vaxtdan bəri onun administrasiyası emissiyaları, enerji xərclərini azaltmaq, yaxşı maaşlı iş yerləri yaratmaq, ekosistemləri qorumaq və davamlılığı gücləndirmək üçün 26, 27 və 28-ci ÇNL-də qlobal səyləri sürətləndirmək üçün ölkə daxilində iqlim fəaliyyətində ölkəmizin liderliyindən istifadə edib. O əlavə edib ki, bütün bunlar həm də ölkə iqtisadiyyatının böyüməsinə kömək edib.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) ildə minimum 300 milyard ABŞ dolları məbləğində iqlim dəyişikliyi ilə mübarizə üzrə təklif olunan sazişin yekun variantı təsdiq edilib.
Bu barədə COP29-un yekun plenar iclasında bildirilib.
Sənədə əsasən, inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə iqlim fəaliyyəti üçün ildə 100 milyard ABŞ dolları məbləğində vəsaitin birgə səfərbər edilməsi məqsədinin 2035-ci ilədək azı 300 milyard ABŞ dollarına çatdırılması təmin olunacaq.
“Bu gün COP29-da güclü ABŞ nümayəndə heyətinin yorulmaz səyləri sayəsində dünya daha bir tarixi nəticə ilə bağlı razılığa gəldi. Bakıda Birləşmiş Ştatlar ölkələri təcili seçim etməyə çağırdı: ya həssas icmaları daha da faviəvi iqlim fəlakətləri ilə üz-üzə qoyun, ya da irəli addım atıb hamımızı daha yaxşı gələcəyə doğru aparan daha təhlükəsiz yol seçin”, Bayden qeyd edib.
ABŞ Prezidenti əldə olunan razılaşmaya görə tərəfləri təbrik edib. O əlavə edib ki, Amerika xalqı və gələcək nəsillər adından biz daha təmiz, daha təhlükəsiz və sağlam planeti əldə saxlamaq üçün işi sürətləndirilməlidir.
Forum