Accessibility links

St.Luisdə etiraz aksiyasında qarşıdurmalar


Missuri ştatının St. Luis şəhərində əvvəlcə dinc şəkildə keçirilən etiraz aksiyası qarşıdurma ilə nəticələnib. 2011-i ildə qaradərili şəxsi öldürən sabiq polis zabitinə bəraət qazandırılmasına etiraz edənlər yaxınlıqdakı dükanların pəncərələrini sındırıb.

Məhkəmənin Ceyson Stikli ilə bağlı qərarından sonra 3-cü gün davam etdirilən aksiya zamanı çoxsaylı insan həbs edilib.

Prokurorluq Stoklinin öldürdüyü Smitin cəsədinin üzərinə silah qoyduğunu və maşının çəkdiyi videoda onun ardınca düşərkən Smiti öldürəcəyini dediyini bildirib.

Hakim isə prokurorluğun iddiasına dəlil olmadığını və zabitin özünü müdafiə etdiyini deyib.

Nümayişlər zamanı polislə qarşıdurmalar da qeydə alınıb.

Aksiya iştirakçıları "Qaradərililərin də həyatı önəmlidir" şüarı səsləndirib.


XS
SM
MD
LG