Accessibility links

SpaceX-in yenidən istifadə oluna bilən kapsulu Beynəlxalq Kosmik Stansiyaya çatıb


SpaceX-in təkrar istifadəyə verilən kapsulu üç ölkədən dörd astronavtı Beynəlxalq Kosmik Stansiyaya çatdırıb.

ABŞ-ın fəza Agentliyi NASA-nın bildirdiyinə görə, SpaceX-in kapsulu cümə günü Birləşmiş Ştatlarında Florida ştatında Kennedi Fəza Mərkəzindən yola çıxıb və şənbə günü Beynəlxalq Kosmik Stansiyaya çatıb.

Bu ilk dəfədir ki, bir raket və ekipaj üzvlərini daşıyan bir kapsul təkrar istifadəyə verilir.

Bu həmçinin üçüncü dəfədir ki, SpaceX NASA ilə imzaladığı multi-milyard dollarlıq müqavilə altında kosmik stansiyaya insan aparır.

Təkrar istifadə olunana bilən raketlərin kosmosa göndərilməsi fəza proqramlarının xərclərini azaltmağa yardım edir.

SpaceX sahibkar Elon Maska məxsusdur.

XS
SM
MD
LG