Accessibility links

SpaceX şirkəti növbəti raketi uçuşunu müvəffəqiyyətlə həyata keçirib


SpaceX şirkəti altı ay əvvəl kosmik stansiyaya yüklə dolu göndərdiyi raketlərdən birinin havaya qalxdıqdan sonra qəzaya uğramasından sonra bazar ertəsi fəzaya müvəffəqiyyətlə yeni raket göndərib.

Floridada Keyp Kanaveral Hərbi Hava Qüvvələrinin stansiyasından OrbComm şirkəti üçün göndərilən Falkon raketi 11 kiçik peyk daşıyıb.

Uçuşa start verildikdən iki dəqiqə sonra raket problem olmadan ikinci mərhələdən ayrılıb və Yer Kürəsinə geri dönüb.

Bir neçə dəqiqə sonra raket qalxdığı yerdən 9 km. uzaqlıqda sahəyə müvəffəqiyyətlə enib edib.

Bu, ilk dəfədir ki, raket orbitə müvəffəqiyyətlə göndərildikdən sonra Yer Kürəsinə nəzarət altında qayıdır. Digər özəl fəza şirkəti olan Blue Origin keçən ay birinci mərhələdə raket daşıyan cihazı müvəffəqiyyətlə oprbitdən kənara göndərib.

SpaceX şirkətinin təsisçisi Elon Musk Tvitter hesabında “Geriyə xoş gəldin” mesajını paylaşıb. Birinci mərhələli raketin Yer Kürəsinə geri dönməsi Muskun raketlərdən yenidən istifadə edərək, fəzaya səyahətlərin daha az maliyyə hesabına başa gəlməsi kimi məqsədinin bir hissəsidir.

XS
SM
MD
LG