Accessibility links

SpaceX dünyanın ən güclü raket daşıyıcısını orbitə buraxdı


Milyarder İlon Maskın Space X şirkəti Yer kürəsinin orbitinə yük çıxaran dünyanın ən güclü raket daşıyıcısı Falcon Heavy-ni fəzaya buraxıb. Küləkli hava şəraitinə görə uçuş bir neçə gün təxirə salınandan sonra nəhayət aprelin 11-də orbitə göndərilib.

Raketin iki yan sürtələndiricisi havaya qalxandan səkkiz dəqiqə sonra bir-birinə çox yatın məsafədə yaxınlıqdakı ABŞ Hava Qüvvələri stansiyasına enib. Orta sürətləndirici isə iki dəqiqə sonra okeanda olan platformaya enib.

Falcon Heavy Yaxın Şərq, Avropa və Afrika ölkələrində rabitə siqnallarının ötürülməsini təmin edəcək Səudiyyə Ərəbistanın ArabSat kommunikasiya peykini orbitə çıxarıb.

SpaceX 2018-ci ilin fevral ayında ağır raket daşıyıcısı olan Falcon Heavy-nin sınav uçuşunu həyata keçirib. Raket planetlərarası məkana İlon Maskın şəxsi avtomobili olan "Tesla"nı çıxarıb.

Qırmızı Tesla Roadster Kosmosda, 9 Fevral, 2018-ci il.
Qırmızı Tesla Roadster Kosmosda, 9 Fevral, 2018-ci il.

Falcon Heavy ilk dəfə 2011-ci ildə elan edilib. SpaceX-in bildirdiyinə görə, bu ağır raket insanları Aya və Marsa daşımaq üçün nəzərdə tutulub. Falcon Heavy SpaceX-in əsas raketi Falcon 9-un üç ədəd sürətləndirici blokundan istifadə edir və ümumilikdə 27 mühərriki var.

SpaceX 2024-cü ilə qədər insanları Marsa göndərməyi planlaşdırır. Bunun üçün daha ağır BFR raketi istifadə ediləcək.

XS
SM
MD
LG