Accessibility links

Cənubi Koreya Şimali Koreyanın Rusiyaya daha çox qoşun və silah göndərməyə hazırlaşdığını bildirib


Cənubi Koreyanın Birgə Qərargah Rəisləri heyəti (JCS) bazar ertəsi bildirib ki, Şimali Koreya Rusiyanın Ukraynada müharibə səylərini dəstəkləmək üçün daha çox qoşun və silah göndərməyə hazırlaşır.

Hazırlanan əlavə silahlar arasında kamikadze dronları da var və Şimali Koreya artıq Rusiyaya 240 mm-lik reaktiv yaylım atəşi sistemləri və 170 mm özüyeriyən artilleriya qurğuları göndərib. Bu barədə heyətin bəyanatında deyilir.

Cənubi Koreya, ABŞ və Ukraynanın məlumatına görə Şimali Koreya Rusiyaya artıq 12 minə yaxın əsgər göndərib.

Birgə Qərargah Rəisləri heyəti bazar ertəsi azı 1100 şimali koreyalının öldürüldüyü və ya yaralandığını bildirib.

Ukrayna hərbi qüvvələri bazar ertəsi bildirib ki, Rusiya qüvvələrinin bir gecədə ölkənin müxtəlif bölgələrini hədəfə aldığı hücumlarda 47 dronunu vurub.

Ukrayna Hərbi Hava Qüvvələri bildirib ki, Rusiya gündəlik hava hücumlarının son raundunda ümumilikdə 72 pilotsuz təyyarədən istifadə edib.

Ukraynanın hava hücumundan müdafiə qüvvələri Çerkassı, Çernihiv, Xarkiv, Xmelnitski, Kyiv, Odesa, Poltava, Sumı və Jitomir vilayətləri üzərində pilotsuz təyyarələri vurub.

Xmelnitski qubernatoru Serhiy Tiurin Telegram-da bildirib ki, dron hücumları nəticəsində bir biznes obyekti və bəzi evlərə ziyan dəyib, bir nəfər isə yaralanıb.

Rusiya Müdafiə Nazirliyi bazar ertəsi Rusiya-Ukrayna sərhədi boyunca yerləşən Bryansk vilayəti üzərində Ukraynaya məxsus pilotsuz təyyarəni məhv etdiyini bildirib.

Bryansk qubernatoru Aleksandr Boqomaz Telegram-da bildirib ki, Ukraynanın hücumu nəticəsində dağıntılar və tələfatlar barədə məlumat yoxdur.

Forum

XS
SM
MD
LG