Accessibility links

Cənubi Koreya sərhəddə "yolka ağacı"nı işıqlarla bəzəyib



Cənubi Koreya xristianlardan ibarət qrupa Şimali Koreya ilə sərhəddə yolka ağacı şəklində poladdan hazırlanmış buruğun işıqlarla bəzədilməsinə icazə verib.

"Yolka ağacı"nın işıqlandırılması Şimali Koreyanın bu yaxınlarda uzun mənzilli raket sınağı keçirməsinə cavab kimi qiymətləndirilir. Həm Cənubi Koreya, həm ABŞ Şimali Koreyanın qadağan edilmiş raket texnologiyalarını sınaqdan keçirdiyini bildirir.

Kilsə üzvləri tərəfindən bəzədilən "yolka ağacı"nın üzərindəki işıqlar yanvar ayına qədər yandırılacaq.

Pxenyan bunu təbliğat kampaniyası kimi qəbul etsə də, hələlik rəsmən cavabını bildirməyib.

"Yolka ağacı" keçən il Şimali Koreya lideri Kin Yonq İlin vəfatından sonra gərginliklərin yaranmasına yol verməmək üçün yerləşdirilməmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniyanın müdafiə naziri dəstək məqsədilə Ukraynaya səfər edib
please wait

No media source currently available

0:00 0:12:00 0:00

Amerika İcmalı

Amerika İcmalı. Cimmi Karterlə vida mərasimi. Azərbaycan-İran münasibətləri.
please wait

No media source currently available

0:00 0:29:40 0:00
XS
SM
MD
LG