Accessibility links

Tramp Konqres qarşısında ilk illik məruzəsini edəcək [Video]


Tramp Konqres qarşısında ilk illik məruzəsini edəcək
please wait

No media source currently available

0:00 0:02:47 0:00

Prezident Donald Tramp Konqres qarşısında ölkənin durumu haqqında ilk illik məruzəsini edəcək. Qanunvericilər və dünyanın hər bir yerindən olan televiziya izləyiciləri prezidentin 2018-ci il üçün prioritetlərini eşidəcəklərinə ümid edirlər. Bununla bərabər Trampın bu məruzədə iqtisadiyyat göstəricilərini vurğulaqla ictimai dəstəyi artırmaq istədiyi güman edilir.

Bu, Amerika demokratiyasının bir ritualıdır. Prezident ölkənin durumu haqqında Konqresdə illik məruzə edir.

Tramp keçən il Konqresin hər iki palatasının üzvləri qarşısında çıxış edib. Lakin, həmin çıxış illik məruzə hesab edilmirdi. Çünki o, vəzifəsinin icrasına yenicə başlamışdı.

Prezident Donald Tramp: “Mən bu axşam bura birlik və güc mesajını çatdırmaq üçün gəlmişəm. Bu mesaj mənim qəlbimdən gəlir.”

Bu il Trampın məruzəsində əsas vurğunu, güclənən ABŞ iqtisadiyyata edəcəyi gözlənilir.

Prezident Donald Tramp: “Deyəcəm ki, bizim ölkənin vəziyyəti yaxşıdır. Bizim iqtisadiyyat yəgin ki, hər zamankından daha yaxşı vəziyyətdədir. İş yerlərinin sayına baxın. Ölkəmizə gələn sərmayələrə baxın. Tarixdə ən yüksək səviyyədə olan səhm bazarına baxın.”

Buna baxmayaraq, güclənən iqtisadiyyat Trampın ictimai etimad reytinqini artırmağa kömək etmir. Və Demokratlar da şikayət edirlər ki, o öz prioritetləri haqqında açıq danışmır. Senat demokratlarının lideri Çak Şumer.

Senator Çak Şumer, Senat demokratlarının lideri: “Bizim respublikaçı liderlər müstəqil qərar vermək istəmirlər. Onlar prezident Trampdan qorxurlar. Bilmək istəyirlər ki, o nə edəcək. Lakin o onlarla heç nə bildirmir və adətən deyir ki, özünüz edin. Nəticədə hərəkətsizlik görürük.”

Məruzə prezident üçün ictimai dəstək qazanmaq imkanıdır. Bunu republikaçı Morton Blakvel deyir.

Morton Blakvel, Liderlik İnstitutu: “Mən əminəm ki, respublikaçıların demokratlarla müqayisəsi baxımdan ictimai rəy ilə bağlı vəziyyət dəyişəcək. Prezidentin popularlığı artacaq.”

Lakin Tramp kəskin bölünmüş ölkə ilə üz-üzədir. Bunu demokrat Cim Kesler deyir.

Cim Kesler, Üçüncü Yol təşkilatı: “Bu cür nitqlər sənə imkan verir ki, özünü seçicilərə yenidən təqdim edəsən. Düzdür, seçicilərin çoxunun onunla bağlı fikri artıq formalaşıb.”

Rusiya təhqiqatı nitqə mane olan əsas məqamlardan biri olacaq. Bura prezidentin təhqiqata rəhbərlik edən xüsusi prokuror Robert Mülleri işdən azad etmək istəyi ilə bağlı yayılan məlumatlar aiddir.

Təhqiqat bütövlükdə bu il keçiriləcək Konqres seçkilərində əsas müzakirə edilən mövzulardan olacaq. Bu sözləri təhlilçi Con Hudak deyir.

Con Hudak, Brukinqs İnstitutu: “Müllerin təhqiqatı administrasiyanın başında davamlı uçan bulud kimidir. Bu həm 2018 seçkiləri zaman seçicilərin respublikaçıları qiymətləndirmələrində rol oyanacaq bir meyar olacaq.”

İqtisadiyyata, ticarətə və immiqrasiyaya əlavə olaraq, Trampın xarici siyasət haqqında, xüsusilədə Şimali Koreya, İran və Əfqanıstan haqqında danışacağı gözlənilir.

XS
SM
MD
LG