Accessibility links

Həlak olan hərbçilərin ailələri nazirlə görüşdən narazı qalıblar


Həlak olan hərbçilərin ailələri nazirlə görüşdən narazı qalıblar
Həlak olan hərbçilərin ailələri nazirlə görüşdən narazı qalıblar

Noyabrın 13-də11 min manat birdəfəlik müavinətin ödənilməsi ilə bağlı Azərbaycanın ərazi bütövlüyü uğurunda həlak olan hərbi qulluqçulardan bəzilərinin ailə üzvləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısına toplaşıblar.

Onlar həlak olan yaxınlarının haqları ilə bağlı bir sıra şüarlar səsləndiriblər.

Aksiya iştirakçıları vurğulayıblar ki, prezidentin fərmanına əsasən, Qarabağ uğurunda döyüşlərdə həlak olan yaxınlarına verilməli olan birdəfəlik müavinəti ala bilmirlər.

Keçmiş hərbi qulluqçuların doğmaları deyiblər ki, onları nazirlikdəki məmurlar qəbul etmək istəyir, amma birbaşa nazirin özü ilə görüşmək istəyirlər. Sonradan onlar nazir Sahil Babayevlə qəbula yollanıblar.

«Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə görüş 40 dəqiqəyə yaxın çəkdi».

Bunu qəbulda iştirak edənlərdən Sevinc Quluzadə AzadlıqRadiosuna bildirib.

Onun sözlərinə görə, görüş nazirliyin akt zalında keçirilib və 110 nəfər təmsilçi orada iştirak edib.

S.Quluzadənin dediyinə görə , görüş səmərəsiz başa çatıb:

«Yenə də suallarımıza cavab ala bilmədik. Bizi müavinətin verilməsiylə bağlı narahat edən suallar cavabsız qaldı. Yenə də məlum olmadı ki, nazirlik nəyə əsaslanıb deyir ki, bəzi ailələr müavinətləri alıblar. Ortada bunu sübut edən bank qəbzi və sənədlər yoxdur».

Narazı ailə üzvləri yenidən Prezident Administrasiyası önündə toplaşmaq niyyətindədirlər.

Qəbulda iştirak edənlərin bu açıqlamasına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmilərindən, hələlik, münasibət almaq mümkün olmayıb.

Xatırladaq ki, prezident İlham Əliyev bu ilin aprelində 1991-97-ci il avqustun 2-nə kimi Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olanlara 11 min manat müavinət verilməsi barədə sərəncam imzalayıb. Bu il oktyabrın 9-dan sənədlərin qəbuluna başlanılıb. Amma sənəd təqdim edən bir çox hərçilərin ailələrinə həmin vəsaiti aldıqlarını bildiriblər. Ailələr isə hesab edir ki, qabaqlar müavinət almayıblar. Onlar problemin araşdırılması üçün dəfələrlə Milli Məclisə və Prezident Administrasyasına və digər qurumlara müraciət edib. Amma məsələ hələ də həllini tapmayıb.

XS
SM
MD
LG