"Gilavar" - hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə, Hüseynov Babur və Bünyatzadə Naminin axtarışları davam edir.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, alpinistlərin axtarışları ilə əlaqədar martın 28-də Fövqəladə Hallar Nazirliyində əməliyyat müşavirəsi keçirilib.
Əməliyyat müşavirəsində axtarış-xilasetmə işlərinə cəlb olunmuş qurumların rəhbər şəxsləri iştirak edib.
Fövqəladə Hallar Nazirliyi tərəfindən təşkil olunan axtarış-xilasetmə işlərinə nazirliyin xilasedicilərdən ibarət dəstələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları cəlb olunub.
Bundan əlavə axtarışda tanınmış alpinist Sirxan Məmmədov iştirak edir.
Qrup RECCOR xüsusi avadanlığından istifadə edərək uçqun olan yerləri sektorlara bölüb və cihazla scan edib.
Axtarış işləri 2800-dən 3000 metrədək yüksəklikdə aparılıb.
RECCOR sistemi telefon simkartlarını aşkar etməyə imkan verir.
Alpinistlər dekabrın 24-də Tufandağa gedərkən itkin düşüb.