Accessibility links

Ədliyyə Nazirliyi ADR Hərəkatını qeydiyyata almaqdan imtina edib


ADR Hərəkatı Ədliyyə Naziliyini məhkəməyə verəcək

Ədliyyə Nazirliyi Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatını qeydiyyat almaqdan bir daha imtina edib.

ADR-in mətbuat xidmətinin məlumatına görə, Ədliyyə Nazirliyindən hərəkata daxil olan məktubda dövlət qeydiyyatından imtinanın səbəbi kimi qurumun nizamnaməsində onun (nizamnamənin) qəbulu, əlavə və dəyişikliklər edilməsi qaydalarının olmaması göstərilib.

ADR Hərəkatının İcra Aparatının təşkilatı məsələlər üzrə department rəhbəri Rövşən Dəmirli bildirib ki, əgər Qanunun bu tələbinə əməl edilməyibsə niyə sənədləri birinci və yaxud ikinci dəfə geri qaytaranda həmin irad bildirilməyib.

“Artıq üçüncü dəfə əsassız olaraq göstərilən iradlar onu deməyə əsas verir ki, bütün bunlar Hərəkatı qeydiyyata almamaq üçün bəhanədir. Bu qərar hüquqi deyil, siyasi müstəvidə verilib. Ona görə də ADR Hərəkatı bundan sonra təkrar Ədliyyə Nazirliyinə deyil, məhkəməyə müraciət edəcək”, o qeyd edib.

Rövşən Dəmirli deyib ki, ölkədə fəaliyyət göstərn yerli məhkəmlərin ədalətsiz qərarı olarsa, onndan Avropa Məhkəməsinə şikayət ediləcək.

XS
SM
MD
LG