Accessibility links

Gəncədə yarmarkada işsizlərin izdihamı [Video]


Foto Meydan TV-nin videosundan götürülüb
Foto Meydan TV-nin videosundan götürülüb

Şəhərin icra başçısı Elmar Vəliyev bildirib ki, yarmarka təxirə salındı, gələn həftə olacaq

Fevralın 5-də Gəncə şəhərində (Bakıdan 364 kilometr qərb) əmək yarmarkasının keçirilməsi barədə elan veriləndən sonra iqtidarda olan Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının önünə çoxlu sayda insan toplaşıb.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə onların əksəriyyəti içəri daxil ola bilməyib.

Şəhərin icra hakimiyyəti başçısı Elmar Vəliyev bildirib ki, yarmarka təxirə salındı, gələn həftə olacaq.

Bu isə gəncəlilərdə etiraz doğurub.

Qeyd edək ki, yarmarkada İş axtaran vətəndaşlara 60 təşkilat tərəfindən 750 boş iş yeri təklif olunacaq. Bu təşkilatlardan 47-si dövlət, 13-ü isə özəldir. Gəncə Məşğulluq Mərkəzində ümumilikdə 3569 işsiz qeydiyyatdadır.

Hələlik bununla bağlı hüquq-mühafizə orqanlarından şərh almaq mümkün olmayıb.

XS
SM
MD
LG