Accessibility links

“Günəşli” yatağında yanğının söndürülməsi və itkin düşənlərin axtarışı davam etdirilir[Video]


“Günəşli” yatağındakı yanğının söndürülməsi davam edir
“Günəşli” yatağındakı yanğının söndürülməsi davam edir

"Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi (FHN) aidiyyəti üzrə tədbirlərini davam etdirir.

FHN-in verdiyi məlumata görə, hazırda nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin “Vixr-5” və “Vixr-8” yanğınsöndürmə gəmiləri, habelə özülə desant edilmiş yanğınsöndürmə manqası özüldəki yanğının söndürülməsi, aidiyyəti qurumlarının qüvvələri isə itkin düşənlərin axtarış işlərini həyata keçirir.

Qeyd edək ki, dekabrın 4-də güclü tufan nəticəsində "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılıb, boru kəməri zədələnib və yanğın baş verib. Yanğın nəticəsində platformada olan 62 nəfərdən 30-u itkin düşüb. Onlardan 7 nəfərin cəsədi tapılıb, 23 nəfərin axtarışı hələ də davam edir

Dekabrın 4-də dəniz platformasında baş vermiş qəza və yanğın zamanı itkin düşmüş neftçilərdən birinin cəsədi şənbə günü Türkmənistan sahillərindən 60 km. aralıda tapılıb.

FHN-in məlumatına görə, cəsəd Türkmənistana məxsus gəmilərdən biri tərəfindən tapılıb.

Yoxlama zamanı cəsədin üzərində İman Qasımova məxsus sənədlər aşkarlanıb. Bu, “Günəşli” yatağında itkin düşmüş 23 neftçidən biridir.

XS
SM
MD
LG