Accessibility links

Daxili İşlər Nazirliyi Bakıda baş verən silahlı insidentə aydınlıq gətirib


Daxili İşlər Nazirliyi
Daxili İşlər Nazirliyi

Yerli mətbuat qətlə yetirilən Nadir İbrahimovun keçmiş polis əməkdaşı olduğunu yazır

Daxili İşlər Nazirliyi Bakıda baş verən silahlı insidentlə bağlı açıqlama verib.

Nazirliyin mətbuat xidmətinin məlumatına görə avqustun 28-də saat 01 radələrində paytaxtın Nizami rayonu ərazisindən Bakı şəhər sakini Nadir İbrahimov güllə yarası ilə xəstəxanaya gətirilib və orada ölüb.

Hadisəni münaqişə zəminində törətmiş həmyerlisi Rövşən Həsənov könüllü olaraq Nizami RPİ 25-ci PB-yə gələrək istintaqa təslim olmuş, hadisəni törədərkən istifadə etdiyi “Makarov” markalı tapançanı və patron darağını təhvil vermişdir.

Faktla bağlı araşdırma aparılır.

Yerli mətbuat qətlə yetirilən Nadir İbrahimovun keçmiş polis əməkdaşı olduğunu yazır.

XS
SM
MD
LG