İyunun 18-də Ramazan ayı başlayır. İyunun 17-si orucluğun niyyət gecəsidir. Ayın görünməsindən asılı olaraq Ramazan Bayramı iyulun 19-na və ya 20-nə təsadüf edəcək.
Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının Ramazan ayının başlanması ilə əlaqədar fətvasında deyilir.
Qafqaz Müsəlmanları İdarəsi oruc tutanlara kömək məqsədilə Şamaxı Astrofizika Rəsədxanası ilə birgə xüsusi cədvəl və yaddaş kitabça hazırlayıb.