Accessibility links

Dövlət Bayrağı Meydanı kompleksinin keçmiş rəisi dələduzluqda ittiham olunur


Bayraq meydanı
Bayraq meydanı

Dövlət Bayrağı Meydanı kompleksinin keçmiş İdarə rəisi, Azimport şirkətinin sahibi Rəşad Məmmədov Azərbaycan Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunur.

Bu barədə jurnalistlərə İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov bildirib.

Bu gün o, Milli Təhklükəsizlik Nazirliyinin istintaq təcridxanasında Məmmədova və bu iş üzrə onunla birgə keçən İsfəndiyar İsfəndiyarova və Arzu Məmmədova baş çəkib.

Behbudovun sözlərinə görə, onlar saxlanma şəraitindən və özlərinə qarşı davranışdan şikayət etməyiblər.

Onlar həmçinin istintaqın gedişatından narazılıq bildirməyiblər. Həbs edilənlər dövlət vəkilləri ilə təmin ediliblər.

Behbudov Məmmədovdan KİV-in onun erməni əsilli olduğu barədə məlumatlarını soruşub, amma məhbus bunu təkzib edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniyanın müdafiə naziri dəstək məqsədilə Ukraynaya səfər edib
please wait

No media source currently available

0:00 0:12:00 0:00

Amerika İcmalı

Amerika İcmalı. Cimmi Karterlə vida mərasimi. Azərbaycan-İran münasibətləri.
please wait

No media source currently available

0:00 0:29:40 0:00
XS
SM
MD
LG