Amerikanın “Danışır Amerika” təşkilatının direktoru Deyvid Stern sosial medianın imkanlarından danışıb. O, bir zamanlar internetdən yalnız məlumat mənbəyi kimi istifadədə edildiyini deyib. Deyvid Stern bildirib ki, sosial media insanların iştirakı ilə çalışan bir şəbəkədir.
“Burada hər kəs vodeo, audio, məlumat,şəkil, şərhlər yerləşdirə bilər”.
Sosial media xəbər yayımı baxımından dəyişikliklər yaşayır.
“Bu, böyük təsir gücünə malikdir. ABŞ-ın bütün qəzetləri veb səhifələrinə malikdir. İnsanların ən çox oxuduğu, populyar saytları görmək mükündür. Sosial media dəyərləndirmə demokratiyasını gücləndirib. Bu proses hələ inkişafdadır”.
Vətəndaşların iştirak təşəbbüsləri və təşkilatların protokollarına əsaslanaraq Deyvid Sters “Danışıq Amerika” veb təşkilatının hökumət və vətəndaş cəmiyyəti ilə də iş birliyi apararaq, demokratik bu vasitədən istifadə etməklə insanları siyasətlərin müəyyən edilməsində yaxından iştirakına çalışdığını bildirib.
“Danışır Amerika” təşkilatının direktoru hesab edir ki, sosial media və ya sosial jurnalizm sahəsində böyük dəyişiklik Amerikada baş verir. Deyvid Sters bildirib ki, sosial jurnaliszmin bu yolla keyfiyyəti yüksəlir.O, sosial medianın həyatda baş verən hadisələrin dərhal beynəlxalq ictimaiyyətə çatdırılmasına yardım etdiyini deyib. Stern çox hallarda baş verənlərin CNN-dən əvvəl dünyaya çatdırıldığını bildirib. O, sosial medianın mənfi tərəflərə də malik olduğunu deyib.
“Xəbərlərin sürətlə yayılması ilə çox hallarda faktların təsdiqi mümkün olmur. Məsələn Üsama Bin Ladenin öldürülməsindən sonra Martin Lüter Kinqdən sitat gətirilmişdi. Lakin bu, həqiqətə uyğun deyildi. Bu hallar təssüflər olsun ki, davam edir, lakin ümid edirəm ki, gələcəkdə yanlış məlumatların qarşısını alacaq bir mexanizm tapılacaq” -deyə “Danışır Amerika” təşkilatının direktoru Devid Stern bildirib.