Müxtəlif ictimai fiqurlara partlayıcı cihazlar göndərməkdə və Pitsburq sinaqoqunun ziyarəçilərinə hücum etməkdə şübhəli bilinənləri bir xüsusiyyət birləşdirir. Onların sosial media hesablarında çoxlu sayda konspiroloji nəzəriyyətlər və ksenofobiyaya rast gəlinir.
Lakin rəsmilərin cinayətin izi ilə getdikləri zaman sosial mediaya getdikcə daha çox arxalandığı bir zamanda, bəziləri deyir ki, insanların şəxsi hesabında yazılanlar səhv interpretasiya edilə bilər.
Desmond Patton, Kolumbiya Universiteti: “Sən etmək niyyətində olmadığın şeyləri yazırsansa və ya yalnız özəl şeylər yazırsansa, o zaman nə baş verir? Bu məlumatları kim gözdən keçirir? Bu məlumatlar əsasında nəyin nəzərdə tutulduğu haqda və insanın həyatına təsir edəcək qərarları kim qəbul edir? ”
Desmond Patton Kolumbiya Universitetinin Sim-Ed adlı texnologiya inkubatorunun təsisçisidir.
Sim-Ed simulyasiya texnologiyası ifadəsinin qısaldımış formasıdır. Bu təşəbbüs virtual reallığı istifadə edərək gəncləri və eyni zamanda qərar qəbul edənləri sosial mediada yazılanların onlara qarşı istifadə edilə biləcəyi ilə bağlı məlumatdırır.
Desmond Patton: “Bizim çoxlu sayda nümumələrimiz var. Bəzi gənc, qara və digər azlıqlar nəzarət altına bu yolla alınır.”
Virtual Reallıq vasitəsilə izləyicilər özlərini Carel Deniels kimi insanların yerinə qoya bilərlər. Carel illər ərzində nəzarət edildiyi haqda xəbərsiz olaraq, sosial mediadan istifadə edirdi.
Real həqiqətdə olan Carel Deniels zorakılığa görə 6 il həbsdə olub. Lakin bu ittihama əlavə olaraq, iştirak etmədiyi digər bir cinayət ittihamı alıb. O deyir ki, polis sosial medianı nümunə göstərərək, onun müdafiə tərəfi ilə sözləşmədə ittiham edib.
Carel Deniels, Sim-Ed iştirakçısı: “Onlar bizi iş birliyində ittiham etdilər. Bu nəticəyə sosial mediadakı birgə şəkillərimizdən, yazışmalarımızdan gəliblər. Həmin yazışmalar isə köhnə idi və bu məsələyə aidiyyatı yox idi.”
Desmond Patton: “Sosial mediada bizim gördüyümüz dil çox lokal ola bilər. Həmin sözlərdə bizim istifadə etmədiyimiz sleqlər, afrika-amerika lüğəti və ya qısaltmalar ola bilər. Həqiqətən, əgər siz həmin icmadan deyilsinizsə, bunu anlamaq çox çətindir.”
Patton və onun komandası üçün sosial media hekayənin yalnız bir tərəfini izah edir. Əsl həqiqət isə həmin sosial media hesabının sahibinin real həyatda etdikləridir.