Accessibility links

Sorğu: Terrorizmlə mübarizədə Klintona Trampdan daha çox etibar göstərilir


Yeni sorğuya əsasən, amerikalıların əksəriyyəti demokratların ehtimali namizədi Hillari Klintonun respublikaçı rəqibi Donald Trampla müqayisədə terrorla daha effektiv mübarizə aparacağına inanır.

Vaşinqton Post və ABC News-un birgə apardığı son sorğuda iştirak edənlərin 50 faizi terrorizmlə mübarizədə Klintona güvəndiklərini bildiriblər. Klintonla müqayisədə Tramp etibar edənlər 39 faiz təşkil edir.

Son sorğunun nəticəsi 2015-ci ildə Parisdə və San Bernardinoda baş verən terror hadisələrindən sonra Kaliforniyada keçirilmiş sorğudan əhəmiyyətli dərəcədə fərqlənir. O zaman Trampın müsəlmanların Amerikaya daxil olmasına qadağa çağırışı Respublikaçılar tərəfindən böyük dəstək qazanmışdı.

Son sorğuda hər 10 sorğu iştirakçısından səkkizi təkbaşına həyata keçirilən hücumlardan narahat olduğunu bildirilib. Onların 53 faizi “çox narahat” olduğunu, üçdə ikisi isə hökümətin bu hücumların qarşısını ala biləcəyindən əmin olmadığını bildirib.

Bu narahatlıq terrorizmlə mübarizəni prioritet elan edən Trampın xeyrinə olmayıb. Terror hücumları ilə bağlı narahatlığını ifadə edən sorğu içtirakçilarının 49 faizi Klintona, 43 faizi isə Trampa etibar etdiyini bildirib.

XS
SM
MD
LG