Accessibility links

Yeni sorğu: İsraillilər və fələstinlilərin əksəriyyəti sülh istəyir


Yeni rəy sorğusuna əsasən, israillilər və fələstinlilərin əksəriyyəti uzun illər sürən münaqişəyə və danışıqlarda çıxılmaz vəziyyətə baxmayaraq, İsraillə yanaşı Fələstin dövlətinin yaradılmasını nəzərdə tutan sülh razılaşmasının tərəfdarıdır.

Sülh perspektvilərinin sönük göründüyü bir vaxt açıqlanmış sorğunun nəticələri ümidverici görünür. Danışıqların növbəti raundu iki il bundan əvvəl dayanıb. Müzakirələrin bərpası və tərəflərin inkişaf əldə edə biləcəyi isə hələlik mümkün görünmür.

Sorğunu keçirən israilli politoloq Tamar Hermann və fələstinli təhlilçi Xəlil Şikaki hazırkı şəraitdə nəticələrin "olduqca ümidverici olmadığını" desələr də, lakin eyni zamanda sülh perspektivlərinə də müəyyən inamın olduğunu bildiriblər.

Sorğuya əsasən, fələstinlilərin 51, israillilərin isə 59 faizi İsrail-Fələstin münaqişəsinin iki dövlətin mövcudluğu prinsipi əsasında həllini dəstəkləyir

"Sorğu göstərdi ki, düzgün rəhbərliklə bağlı hələ də müəyyən nikbinlik mövcuddur. Hazırda mən heç bir tərəfdə danışıqları intensivləşdirə biləcək qabiliyyətə malik bir lider görmürəm. Amma bunun qeyri-mümkün olmadığını da deyə bilərik."

Sorğuya əsasən, fələstinlilərin 51, israillilərin isə 59 faizi İsrail-Fələstin münaqişəsinin iki dövlətin mövcudluğu prinsipi əsasında həllini dəstəkləyir.
Sorğunun nəticələri göstərir ki, İsraildə yəhudilərin 53 faizi müstəqil Fələstin dövlətinin yaradılması fikrini dəstək bildirib. İsraildə azlıqda olan ərəblər arasında isə bu rəqəm 87 faiz təşkil edir. Fələstinlilərin yalnız 34, İsraildə yəhudilərin isə yalnız 20 faizi vətəndaşların bərabər hüquqlara malik olduğu yeganə dövlət ideyasına dəstək verib.

Sülh danışıqlarında 20 ildən artıqdır inkişafın olmadığı və zorakılıqların baş verdiyi şəraitdə tərəflər arasında inam olduqca aşağı səviyyədədir. Sorğuya əsasən, fələstinlilərin 89 faizi İsraildə yəhudilərə inam göstərmir, İsraildə isə yəhudilərin 68 faizi fələstinlilərlə bağlı eyni fikrə malikdir. Buna baxmayaraq, fələstinlilərin 45 faizi israillilərə münasibətdə qorxu hissi olduğunu bildirib.

"Adi israilli və mən belə görürəm, adi fələstinlinin əldə etdiyi yeganə imic mənfi imicdir"-Tamar Hermann

Hermann İsrail tərəfdə qorxu səviyyəsinin yüksək olmasını təəccüb hissi ilə qarşıladığını deyib və buna bir neçə amilin səbəb olduğunu bildirib. Onun sözlərinə görə, israillilərin çoxunun fələstinlilərlə əlaqəsi yoxdur, bu isə "başqa tərəfin daha qeyri-insani bir şəkildə göstərilməsini" asanlaşdırır.

O həmçinin bildirib ki, son zorakılıqlar dalğası İsrailin işğalı altında yaşayan fələstinlilərlə müqayisədə münaqişədən daha çox təcrid olunmuş İsrail cəmiyyətini silkələyib. Bununla yanaşı, o, İsrail liderlərinin fələstinliləri "tamamilə düşmən" kimi təsvir etdiklərini və İsrail mediasında xəbərlərin bu atmosferi qızışdırdığını əlavə edib.

"Adi israilli və mən belə görürəm, adi fələstinlinin əldə etdiyi yeganə imic mənfi imicdir"-deyə Tamar Hermann bildirib.

İyun ayında keçirilmiş sorğuda 1270 fələstinli və 1184 yəhudi iştirak edib. Sorğunu Tamar Hermannın çalışdığı İsrail Demokratiya institutu və Şikakinin təhlilçi olduğu Fələstin Siyasət və Araşdırma Mərkəzi tərəfindən keçirilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Alatava sakinləri evlərinin icazəsiz sökülməsinə etiraz edir
please wait

No media source currently available

0:00 0:14:11 0:00
XS
SM
MD
LG