Accessibility links

Sorğu: Yoxsul ölkələrin gəncləri daha nikbindir


Bill və Melinda Qeyts Fondunun keçirdiyi sorğuya əsasən, 15 ölkədən Çin, Hindistan, Kenya, İndoneziya, Nigeriya, Səudiyyə Ərəbistanı və Meksika gəncləri digər ölkə gəncləri ilə müqayisədə öz gələcəkləri ilə bağlı daha nikbindirlər.

İpsos İctimai Əlaqələr təşkilatının Məqsədli Qlobal Gənclərin sorğusuna əsasən, bu ölkələrdə yaşayan gənclər, ölkələrinin idarə olunmasına təsir edə biləcəyinə və onların nəslinin valideynlərinin nəslindən dünyaya daha müsbət təsir göstərəcəyinə inanırlar.

Dostlar və ailələri ilə münasibətlər bir insanın həyatında ən əhəmiyyətli göstəricidir.

Sorğuda 12 yaşdan yuxarı 40 mindən çox gənc iştirak edib. Fondun məlumatında onların “şəxsi həyatlarına olan baxışları, icmaların problemləri və ölkələrinin istiqamətləri” haqda sorğulandıqları bildirirlir. Gənclər ev və qlobal olaraq gələcəkləri haqqında yaşlılardan daha çox nikbindirlər.

Sorğuda Avstraliya, Fransa, Almaniya, Böyük Britaniya, İsveç, ABŞ və Səudiyyə Ərəbistanı yüksək gəlirli ölkələr sırasında olub. Braziliya, Çin Hindistan, İndoneziya, Keniya, Meksika, Nigeriya və Russiya orta və ya aşağı gəlirli ölkələr sırasında olub.

Xoşbəxtlik reytinqi 15 ölkə arasında ümumi razılığı göstərir, lakin aşağı və orta gəlirli ölkələrdə yaşayan gənclər nikbinliyin ən yüksək səviyyəsini göstəriblər.

Dostlar və ailələri ilə münasibətlər bir insanın həyatında ən əhəmiyyətli göstəricidir. Sorğu İsveçdə bu göstəricinin ən yüksək olduğunu müəyyən edib.

Meksikalılar, keniyalılar və amerikalılar da bir çox ölkələr kimi, əlaqələrin çox yüksək olduğu ölkələrdir və əlaqələrin sosial medianın təsirindən daha vacib hesab edilən ölkələrdəndir. Sosial media meksikalı gənclər arasında çox yüksək səviyyədə olsa da, dostlar və ailənin müsbət təsirindən daha aşağıdadır.

Amerikada gənclərin 35 faizi gələcəklə bağlı nikbindirlər.
Amerikada gənclərin 35 faizi gələcəklə bağlı nikbindirlər.

Sağlamlıq və maliyyə vaciblikdə ailə və dostluq göstəricisindən sonradır. Onların istənilən işi seçmək imkanı olsa gənclərin bir çoxunun həkim olmaq istədiyi halda, yaşlıların əksəriyyəti sahibkar olmaq istəyir.

Yaxşı iş tapmaq bacarığı ilə bağlı nikbinlik Çində ən yüksək, Nigeriyada isə ən aşağıdır. Bir çox ölkələr orta səviyyədə yer alır.

Dünya üzrə cavan və yaşlıların əksəriyyəti “həyatın qadınlar və qızlarla müqayisədə, kişilər və oğlanlar üçün daha asan olduğunu” və bu halın belə də davam edəcəyini bildiriblər. Qadınlar və kişilərin cavabları arasında fərq cüzi olub.

Nəticələr bunun xüsusilə “Hindistan, Səudiyyə Ərəbistanı, Meksika, ABŞ və Brazilyada olduğunu bildirir.” Biz çox respondent qadınlar üçün şəraitlərin dəyişəcəyini söyləyib.

İndoneziya, Nigeriya, Braziliya, İsveç və Keniya gəncləri üçün din çox vacib olduğu halda, Çin, Rusiya, Fransa, Almanya, Böyük Britaniya, Hindistan və Meksikada bu göstərici ən aşağı səviyyədədir.

Çində həm yaşlılar, həm də gənclər ölkələrinin gələcəyinə dair çox nikbindirlər. Gənclərin 90 faizi və yaşlıların 78 faizi öz ölkələrinin gələcəyi haqda müsbət düşünür. Hindistan, Nigeriya, Meksika, Keniya və İndoneziyada ölkələri ilə nikbinlik dərəcəsi eynidir.

ABŞ-da gənclərin 35, yaşlıların 18 faizi ölkələrinın gələcəyi ilə bağlı nikbindir. Braziliya, İsveç, Almaniya, Böyük Britaniya və Fransada bu göstərici ən aşağıdır.

“Mənim nəslin valideynlərimin nəslindən daha yaxşıdır” sualına Çinli gənclər (90 faiz) və yaşlılar (80 faiz) hər ikisi də çox nikbin cavab verib. Çin gənclərindən sonra siyahıda Nigeriya, Hindistan, İndoneziya və Səudiyyə Ərəbistanı gəncləridir. Hindistan, İndoneziya, Almaniya, Səudiyyə Ərəbistanı və İsveç yaşlıları onların nəslinin valideynlərindən daha yaxşı olduğunu bildirib.

Dövlət və ya siyasi liderlər, iqlim dəyişikliyi və ya çirklənmə həm gənclər, həm də böyüklər üçün həyatda ən mənfi təsir göstəricisidir.

Həm gənc, həm də yaşlı respondentlər yoxsulluğun sona çatması və təhsilin inkişafını digər məsələlərdən, o cümlədən münaqişələrin sona çatması məsələsindən də vacib olduğunu bildiriblər.

Bütün ölkələrdə xərçəng 1 nömrəli sağlamlıq narahatlığıdır. HİV / AİDS əsasən Keniya, Nigeriya və Meksikada böyük narahatlıq hissi ilə dünyada ikinci sağlamlıq problemidir.

"Yaşlanma kədəri" hamıya, həm gənc, həm də yaşlılara eyni təsir göstərib. Bununla belə nəticəyə gəlmək olar ki, heç kim yaşlanmaq istəmir.

XS
SM
MD
LG