Accessibility links

Son sutkada Azərbaycanda 55 nəfər koronavirusa yoluxub, ölüm olmayıb


Son sutkada Azərbaycanda koronavirus infeksiyasına 55 yeni yoluxma faktı qeydə alınıb, 67 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, son sutkada COVID-19-dan ölüm olmayıb.

İndiyədək Azərbaycanda ümumilikdə 335 796 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 026 nəfər müalicə olunaraq sağalıb, 4967 nəfər vəfat edib, aktiv xəstə sayı 803 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8720, ötən müddət ərzində isə ümumilikdə 3 722 499 test aparılıb.

Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, hazırkı dövrədək vurulan vaksin dozalarının ümumi sayı 3 218 651-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 2 070 526, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 1 148 125 nəfərdir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.

Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi avqustun 1-dək davam edəcək.

Operativ Qərargahın qərarına görə, mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.

İyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib. Həmçinin iyunun 10-dan çimərliklər fəaliyyət göstərir.

İyulun 1-dən toy, nişan və digər mərasimlərin keçirilməsinə icazə veriləcək.

XS
SM
MD
LG