Azərbaycanda son sutkada koronavirus infeksiyasından daha 123 nəfər müalicə olunaraq sağalıb, 38 yeni yoluxma faktı qeydə alınıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, ötən sutka ərzində COVID-19-dan vəfat edən olmayıb.
Hazırkı dövrədək ölkədə 335 min 437 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 329 min 462 nəfər müalicə olunaraq sağalıb, 4961 nəfər vəfat edib. Aktiv xəstə sayı 1014 nəfərdir.
Ötən müddət ərzində 3 milyon 668 min 281 test aparılıb. Bugünkü test sayı isə 7254-dür.
Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, hazırkı dövrədək vurulan vaksin dozalarının sayı 2 milyon 956 min 663-ə bərabərdir. Birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 1 milyon 931 min 642, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 1 milyon 025 min 021 nəfərdir.
Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.
Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi avqustun 1-dək davam edəcək.
Operativ Qərargahın qərarına görə, mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.
İyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib. Həmçinin iyunun 10-dan çimərliklər fəaliyyət göstərir.
Azərbaycanda COVID pasportu tətbiq olunur.